Ağsu Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
7-09-2022, 12:41
48 dəfə baxılıb
Ağsu rayonunun Çaparlı kəndində Vətən müharibəsi şəhidi Ramin Hüseynovun doğum günü qeyd olunub
Şəhid gizir Ramin Hüseynovun doğum günü Ağsu rayonunun Çaparlı kəndində qeyd olunub. Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, YAP Ağsu rayon təşkilatının məsul nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Mərasim iştirakçıları şəhid Ramin Hüseynovun məzarı üstünə əklil və çiçəklər qoyub, ruhuna dualar oxunub. Ağsu RİH başçısının muavini Sevil Mirzəliyeva çıxış edərək şəhidin şərəfli ömür yolundan danışıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edib, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulayıb.
Cıxış edənlər bildiriblər ki, Ramin Hüseynov 1993-cü ilin sentyabrında Çaparlı kəndində dünyaya gəlib. 2002-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Binəqədi qəsəbəsindəki 284 saylı tam orta məktəbi qurtarıb. 2014-cü ildə gizirlik kursunu bitirib, N saylı hərbi hissədə qulluq edib. 2016-cı il aprel döyüşlərindəki xidmətinə görə fəxri fərman alıb. Vətən müharıbəsi başlayanda gizir R.Hüseynov də döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 8-də cəbhənin Füzuli rayonu istiqamətindəki döyüşlərdə şəhid olub. Ailəsinin istəyi ilə Çaparlı kənd qəbiristanlığında dəfn olunub.
Ramin Hüseynov ölümündən sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Tədbirin sonunda şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Ağsu rayonundan olan Vətən mühaibəsi şəhidlərinin ad günləri qeyd olunub
Ağsu rayonundan olan Vətən müharibəsi şəhidləri Pənahov Roman Sərkər oğlu və Səmədov Hüseyn Müşviq oğlunun ad günü mərasimləri keçirilmişdir. Mərasimlərdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəxtiyar Məmmədov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov, RİH başçısı Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişdir.
Əvvəlcə Ağsu rayonunun Yenilik kəndindən olan Vətən müharibəsi şəhidi Pənahov Roman Sərkər oğlunun ailəsinin yaşadığı ev ziyarət olunmuşdur. Sonra şəhid R.Pənahovun məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş və şəhidin ruhuna dualar oxunmuşdur.
Daha sonra tədbir iştirakçıları tərəfindən Vətən müharibəsi şəhidi Səmədov Hüseyn Müşviq oğlunun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuş və şəhidin ruhuna dualar oxunmuşdur. Ağsu şəhərində tədbirin davamı olaraq mərasim təşkil edilmişdir.
Şəhid valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Ağsu Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 500-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 500-dən yüksək bal toplayan abituriyentlərlə görüş olub. Tədbirdə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev iştirak ediblər.
Görüşdə RİH başçısı Rövşən Bağırov çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, yüksək nəticə göstərən abituriyentlərə uğurlar arzulayıb. Regional təhsil idarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyev çıxışında Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacib olduğunu bildirib və əvvəlki ilə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb. Qeyd edib ki, məzunlardan 17 nəfər 500-dən, 3 nəfər isə 600-dən yuxarı nəticə göstəriblər. Bir nəfər məzun qızıl medal və attestata layiq görülüb. R.Əliyev, eləcə də Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədov rayonda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıda duran vəsifələrdən danışıblar.
Tədbirin sonunda yüksək bal toplayan məzunlara rayon icra hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil idarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR