xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:51 – İlham Əliyev Si Cinpini təbrik edib 
  • 12:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 18:32 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 

“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev

Dün, 10:17 2 dəfə baxılıb

“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev


"Əzraillə üz-üzə qalmışam. Ona deyirəm ki, sənin dediyin olmayacaq. Özüm bildiyimi edəcəyəm".
Bunu "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri, 77 yaşlı Murad Rzayev deyib.

Sənətçi 80 illik yubileyinə hazırlaşdığını və bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdiyini bildirib.

Murad Rzayev hələ də kirayədə yaşadığını, öz mənzilinin olmadığını deyib: "Adam deməyə utanır, amma illərdir kirayədə qalıram. Bakının elə yeri olmadı ki, orada kirayə qalmayım. Deyəsən, kirayələrdən torpağın altına gedəcəyəm. Ağdamda nə gözəl evlərim var idi. Mənə orada ev versələr, gedib yaşayacağam".

O, şagirdi, müğənni Tacir Şahmalıoğlu ilə münasibətindən də danışıb, müğənninin yaxın günlərdə əməliyyat olunduğunu eşitdiyini bildirib: "Allah onu ondan da pis günə salacaq. Müəllimin üzünə ağ olan adam elə olmalıdır da. Nə isə, Allahın işinə qarışmayaq. Mənim "Bayatı-Şiraz" muğamımı nə qədər adam oxudu. Amma heç biri özünü Tacir kimi aparmadı. Bu muğamı ondan da gözəl oxuyan olub. Tacir bu muğamımla tanındı, üzə çıxdı.

Mən xəstələnib xəstəxanada yatırdım. Həmin vaxt Tacir bu muğamı oxudu. Dedilər ki, bunu kim yazıb? Tacir muğamı öz adına çıxardı, bildirdi ki, ona məxsusdur. Axırda məcbur olub bir neçə fakt topladım ki, bəlkə, utanar. Elə bilirdi ki, mən öləcəyəm və rahatlıqla muğamı öz adına çıxaracaq. Amma ölmədim, yaşadım və onu rüsvay etdim. İndi bundan sonra yüz şey olsa da, Tacirlə barışmaram. Mənim qəlbim ondan qırılıb. Allah hər kəsi öz əməlinə görə cəzalandırır.

Qardaşı öldü, iki dəfə yasına getdim. Amma mənim 42 yaşında oğlum rəhmətə getdi, Tacir onun yasına gəlmədi. Eybi yox, incimirəm də. Mən öz mədəniyyətimi göstərdim, o da öz mədəniyyətini göstərdi. Sənət adamlarının hamısı bu vəziyyəti bilir.". (musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi