xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR

Bugün, 09:45 1 dəfə baxılıb

Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR


Bakıda yaşayış binası inşa etmək istəyən sahibkar dələduzluğa məruz qalıb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində baş verib. İş adamı Araz İsgəndərov Sulutəpədə torpaq sahəsi alıb və orada çoxmərtəbəli yaşayış binası inşa etdirmək istəyib. O, həmin binanın inşasına sərəncam almaq istəyərkən Ruslan Cabbari adlı şəxslə tanış olub. Ruslan ona yüksək rütbəli məmur tanışının olduğunu bildirib və bir milyon manat ödəməklə yaşayış binasının inşasına icazə ala biləcəyinə söz verib. Ruslan iş adamını inandırmaq üçün onun yanında "Süleyman" adlı şəxslə danışıb və məsələnin həll olunduğunu deyib. Araz İsgəndərov bu məbləğlə razılaşıb və Ruslana bir milyon manat verib.

Bir müddət Ruslan Araz İsgəndərovla mütəmadi olaraq əlaqə saxlayıb və onu yaxın vaxtlarda bina tikintisinə icazə alacağına inandırıb. Amma sonradan Ruslan məsələdən yayınmağa başlayıb, A.İsgəndərovun telefonlarına cavab verməyib. Təxminən 7 ay gözləyən iş adamı sonda aldadıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruslan Cabbari saxlanılıb və istintaqa təhvil verilib. Məlum olub ki, Ruslan A.İsgəndərovdan aldığı bir milyon manatın çox hissəsini mərc oyunlarında uduzub.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ruslan 10 il azadlıqdan məhrum edilib. Məhkəmə Ruslana Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edərək ona 3 il sınaq müddəti təyin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi