xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçirib

4-10-2019, 10:59 170 dəfə baxılıb

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçirib

Oktyabrın 3-də Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev Maşadqanlı kəndində səyyar qəbil keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılmışdır. Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır.

Vətəndaşlar tərəfindən işlə təminat, kənd sakininin müalicəsinin təmin olunması, fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin tikintisi və təmiri, kənd məktəbində şəhid M.Mirzəməmmədovun xatirə lövhəsinin yaradılması, Maşadqanlı kəndini Ərəbuşağı və Ağalarbəyli yaşayış məntəqələri ilə əlaqələndirən asma piyada körpünün bərpası, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə "Ağsuçay"da şlüz qoyulması, subartezian quyusunun qazılması, kənddə gələn yolun əsaslı təmiri, elektriklə təchizatda çoxsaylı fasilələrin aradan qaldırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.

Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə onların icrası ilə bağlı vətəndaşlara qanunauyğun izahat verilib, həmçinin aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Maşadqanlı kəndində səyyar qəbul keçirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi