xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Paşinyandan yeni bəyanat: “Təhdidlər var”

Bugün, 13:39 1 dəfə baxılıb

Paşinyandan yeni bəyanat: “Təhdidlər var”


“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasında ciddi problemlər yaranıb və bu əsas çətinlik üzərində işləməliyik. Çünki Ermənistanın ittifaqdan çıxarılması ilə bağlı təhdidlər səslənir”.

Bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin oktyabrın 22-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistanda nisbətən yüksək iqtisadi aktivlik müşahidə olunsa da, müəyyən çətinliklər də mövcuddur.

“Aİİ ilə münasibətlərimiz açıq-aşkar bir problemdir və biz yaxın gələcəkdə bunun üzərində işləyəcəyik”, - hökumət başçısı deyib.

Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələri Avrasiya Hökumətlərarası Şurasına hesabat təqdim edib. Hesabata əsasən, Aİİ üzv dövlətləri İrəvanın hərəkətlərinin yaratdığı riskləri nəzərə alaraq Ermənistanın təşkilatda iştirakını müvəqqəti olaraq dayandırmaq qərarına gələ bilərlər. Sənəddə qeyd olunub ki, bu, beynəlxlaq hüquqa uyğundur.

“Proqnozlara görə, Aİİ-də iştirakın dayandırılması Ermənistanın iqtisadi göstəricilərinin pisləşməsinə səbəb olacaq. Ermənistanın Aİİ üzv dövlətləri ilə ümumi ticarət dövriyyəsi 55%-dən çox azalacaq. Ermənistandan ittifaqa mal ixracı 65%-dən çox azalacaq, Aİİ üzv dövlətlərindən mal idxalı isə demək olar ki, yarıya qədər düşəcək”, - sənəddə qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi