xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?

Dün, 13:00 2 dəfə baxılıb

Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?


İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın əvvəlində ölkənin Hərbi Hava Qüvvələrinə İran ərazisinə genişmiqyaslı zərbələr endirmək üçün hazırlıq əmri verib, lakin Vaşinqtondan gözlənilən razılığı ala bilməyib.

Bu barədə məlumatlı mənbələrə istinadən "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, hücum oktyabrın 10-da baş tutmalı imiş və ordunun döyüş təyyarələri havalanmağa tam hazır vəziyyətə gətirilib.

Lakin ABŞ prezidenti Donald Tramp İsrailin bu təhlükəli gedişinə kəskin şəkildə qarşı çıxıb.

Trampın xəbərdarlığından sonra Netanyahu Hərbi Hava Qüvvələrinə əməliyyatın təxirə salınması barədə təcili təlimat verib.

Qəzetin mənbələri vurğulayır ki, İsrailin hazırladığı bu plan reallaşsaydı, İrandakı dağıntıların miqyası 2026-cı ilin fevral-mart aylarında vurulan ziyanla müqayisə oluna biləcək səviyyədə olacaqdı.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların saxlanılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, gərginlik səngiməyib.

İyulun 8-də ABŞ Tehranı dünya neft ticarətinin 25%-nin, təbii qazın isə 20%-nin keçdiyi strateji Hörmüz boğazı üzrə öhdəlikləri pozmaqda ittiham edərək zərbələri bərpa edib. Hazırda isə ABŞ administrasiyası birbaşa hərbi güc tətbiqindən geri çəkilərək, İranı ağır sanksiyalar vasitəsilə iqtisadi baxımdan boğmaq strategiyasına üstünlük verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi