xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi

Bugün, 09:33 2 dəfə baxılıb

İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi


İran ABŞ və müttəfiqlərinin ölkənin infrastrukturunu hədəfə alacağı təqdirdə Hörmüz boğazının altından keçən internet kabellərini məhv edə biləcəyini bəyan edib.

İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandan müavini, briqada generalı Yedullah Cavani “Əl-Aləm” telekanalına müsahibəsində ABŞ-nin bölgədən tamamilə çəkilməli olduğunu bildirib.

Onun sözlərinə görə, regiondakı vəziyyət müharibədən əvvəlki dövrə qayıtmayacaq.

“ABŞ və müttəfiqləri infrastrukturumuzu hədəfə alsalar, İran bütün imkanlarından istifadə edəcək. Ölkəmiz Hörmüz boğazının altındakı internet kabellərini asanlıqla məhv edə bilər”, – deyə Cavani vurğulayıb.

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi də daha əvvəl boğazın altından keçən yeddi əsas kabelə mümkün hücuma işarə edib.

“TeleGeography” və “Submarine Networks” məlumatlarına görə, Hörmüz boğazı və Fars körfəzi istiqamətində qlobal məlumat axınının 97 faizindən çoxunu daşıyan sualtı kabel şəbəkəsində ən azı yeddi əsas sistem mövcuddur. Bu xətlər internet bağlantısı ilə yanaşı, neft-qaz ticarətinin maliyyə əməliyyatları və bəzi hərbi logistika şəbəkələri üçün də əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi