xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

12-08-2022, 15:12 62 dəfə baxılıb

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsi şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim edilib

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov Vətən müharibəsi şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ailəsini ziyarət etmiş, ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenini və vəsiqəsini atasına təqdim etmişdir. Görüş zamanı şəhidin şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən, qazanılan tarixi Qələbədən danışılmışdır. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsinin şəhidi Qasımov Elməddin Adil oğlu doğum günündə anıldı

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Vətən müharibəsinin şəhidi Qasımov Elməddin Adil oğlunun doğum günü münasibətilə rayon rəsmiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları onun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhunu ehtiramla yad etmişlər. Qasımov Elməddin Adil oğlu 1999-cı il avqust ayının 9-da Salyan rayonunun Qarabağlı kəndində doğulub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına savaşıb. Elməddin Qasımov 27 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Quyçu kəndində əhali ilə səyyar qəbul keçirmişdir

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yeni Uluxanlı kəndində əhali ilə səyyar qəbul keçirmişdir

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Salyan rayonunda da daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Salyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLSalyan rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi