Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.
Bu barədə “Sputnik Ermənistan”a Berd şəhərindəki mənbələr bildirib.
Yerli sakinlərin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.
İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: