xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT

Dün, 10:51 2 dəfə baxılıb

Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT


Qax rayonunda 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz edilib.
Oxu.az xəbər verir ki, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra Rəhman qızı rayon ərazisindəki mənzillərdən birinə gətirərək, onunla cinsi əlaqədə olub. Rəhman qızla evlənəcəyini söz verib və onu buna inandırıb. Məktəbli qız da onun bu sözünə inanaraq cinsi əlaqədə olmağa razılıq verib.
Bir müddət sonra Rəhman qızdan ayrılıb və onun nömrəsini tanışı, 2003-cü il təvəllüdlü Tamerlana verib. Tamerlan da bundan sonra həmin qızla münasibətdə olub. Tamerlan qızı aldadaraq avtomobilinə əyləşdirib Qax-Sarıbaş yoluna aparıb, orada qızla avtomobildə cinsi əlaqədə olub.

Hadisədən qızın valideynləri xəbər tutub və polisə şikayət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Rəhman və dostu Tamerlan saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay azadlıqdan məhrum ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi