Ağsu rayonunda şəhid Quluzadə Kamran Pərviz oğlunun ad günü qeyd edilib14 avqust 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi Quluzadə Kamran Pərviz oğlunun ad günü qeyd edilmişdir. Əvvəlcə şəhidin Ağsu rayonunun Gəgəli kəndindəki məzarı ziyarət olunmuşdur. Şəhidin ruhuna dualar oxunmuş, məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndələri, Vətən mühüharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Daha sonra şəhidin yaşadığı evdə təşkil olunmuş mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, son illərdə dövlət tərəfindən davamlı olaraq ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış və torpaqlarımız işğal altından azad edilmişdir.
Vurğulanıb ki, bu Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı 10 avqust 2022-ci il tarixdə Maşadqanlı kəndində səyyar qəbul keçiribAğsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Maşadqanlı kəndində növbəti səyyar qəbul keçirib. Səyyar qəbulda vətəndaşlar tərəfindən Maşadqanlı kəndinin içməli su təchizatının yaxşılaşdırılması, Aratlı Curuğlu kəndində artezian quyusunun və zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin təmiri, Maşadqanlı kəndində internetə qoşulmanın təmin olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müracətlərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Ağsu Rayon İcra Hakimiyyətində şəhid Quluzadə Kamran Pərviz oğlunun ordeni ailəsinə təqdim edilibAğsu Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə Vətən müharibəsi şəhidi Quluzadə Kamran Pərviz oğlunun ordeni ailəsinə təqdim edilmişdir. Belə ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi F.Təhməzov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi A.Xancanov, Əlahəddə Ümumqoşun ordusunun zabiti, polkovnik-leytenant B.Xalıqov və şəhidin ailə üzvləri iştirak etmişdir.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi bizim Böyük Qələbəmiz ilə başa çatdı.
Vurğulanıb ki, bu Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Daha sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin atası Pərviz Quliyevə təqdim olunub.
Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Ağsu rayonunda şəhid Rüfət Fətəlizadənin anım mərasimi keçirilibAğsu rayonunun Padar kəndindən olan şəhidi Fətəlizadə Rüfət Nazim oğlunun anım mərasimi keçirilmişdir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidin məzarı önünə gül dəstələri qoymuşlar və şəhidin ruhuna dualar oxunmuşdur.
Daha sonra RİH başçısı Rövşən Bağırov şəhid Rüfət Fətəlizadənin göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açmışdır. RİH başçısı vurğulamışdır ki, şəhid Fətəlizadə Rüfət Nazim oğlu 10 avqust 2014-cü ildə cəbhənin Tovuz rayonu istiqamətində düşmənin xain hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
Şəhidin atası N.Fətəlizadə öz çıxışında ölkə başçısı cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkürrünü bildirmişdir.
Tədbir şəhidin doğulduğu Padar kəndində ev muzeyini ziyarətlə davam etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.