xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Dün, 10:36 2 dəfə baxılıb

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi


Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb.

Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəsi verilib.

1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabərdir. Bundan sonrakı pillə kontr-admiral ali rütbəsidir.

Qeyd edək ki, Xaliq İbrahimov Vətən müharibəsində Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. O, bir neçə rayonumuzun, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsi əməliyyatlarında iştirak edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə İbrahimova Vətən Müharibəsi Qəhrəmanı adı verilib, o, həmçinin “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.

Hazırda 41 yaşlı 1-ci dərəcəli kapitan Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyindəki hərbi hissələrdən birinin komandiridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi