xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir

16-01-2023, 13:55 182 dəfə baxılıb

Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir


13 yanvar 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun növbəti səyyar qəbul-görüşü keçirilib

Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir


13 yanvar 2023-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Birinci Dördyol qəsəbəsində səyyar qəbul-görüşü keçirilib. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir
Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir
Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir
Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir
Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir
Vaqif Həsənovun səyyar qəbul-görüşləri davam edir


Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov - Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bir daha dövlətimizin dəyişməz mövqeyinin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatı oldu. Cənab İlham Əliyev tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə şanlı hərbi Qələbəmizin siyasi müstəvidə də təsdiqlənməsi istiqamətində atılan addımlardan və uğurlu nəticələrdən bəhs etdi.

Reallıq budur ki, əksər dünya gücləri Azərbaycanın haqlı olduğunu təsdiqləyir, müharibənin nəticələrini qəbul edir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasına dəstək göstrməyə hazır olduqlarını, səylərini əsirgəməyəcəklərini bildirirlər. Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səyləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ermənistan isə hər vəchlə sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün müxtəlif yollara, xüsusilə təxribatlara əl atır.

Dövlət başçısı İlham Əliyev müsahibəsində Ermənistanın ötən dövr ərzində törətdiyi təxribatlara, Azərbaycan Ordusunun onların qarşısını qətiyyətlə almasına diqqəti yönəldərək bildirdi ki, bundan sonra belə halların olmayacağına ümid edirəm: “Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.”

Cənab İlham Əliyev müsahibəsində tarixi ədalətə, real faktlara əsaslanan bu çağırışı da ifadə etdi ki, Qərbi Azərbaycana qayıdacağıq. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasının Ermənistanın marağında olduğunu önə çəkən Prezident İlham Əliyev belə bir reallığı da diqqətə çatdırdı ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi özündə bu günümüz və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edən hədəfləri ehtiva edir və onlara nail olmaq üçün bütün imkanların mövcudluğunu əminliklə bildirir. Son iki ildə tarixi Zəfərimizin Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsinə nə dərəcədə təsir göstərdiyi göz önündədir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq fomatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Qalib Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Ölkəmiz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi