xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR

Dün, 11:59 2 dəfə baxılıb

Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR


Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 225 nömrəli tam orta ümumtəhsil məktəbində VII sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin pəncərəsindən yıxılmasının detallarını açıqlayıb.
Ölkə.az-ın sorğusuna cavab olaraq idarədən bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb.

"Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib", - rəsmi məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib:

"Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".

Oxu.az-ın xəbərinə görə, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

***

10:40

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi