Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 15 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının və idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Qaraməmmədli kənd sakinləri ilə görüşüb, 59 nəfər sakin fərdi qaydada dinlənilib, qaldırılan məsələlər barədə aidiyyəti təşkilat rəhbərlərinə göstərişlər verilib. Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Nəsir Muxtarlı iştirak edib.
Ölkədə həyata keçirilən uğurlu isahatlardan danışan RİH başçısı qarşıya qoyulmuş məqsədlər və görüləcək işlərə nəzərə çatdırıb. Bildirib ki, ən vacib məsələ olan əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində islahatlarda xidmət təşkilatları yaxından iştirak etməli, səy və bacarıqlarını artırmalıdırlar.
Administrasiyanın sektor müdiri Nəsir Muxtarlı ölkə başçısının zələzələnin nəticələrinin aradan qaldırılması istiqamətində rayon əhalisinə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, qaldırılan məsələlərin hər biri rayon rəhbərliyinin nəzarətindədir və müəyyən olunmuş müddətlərdə həllini tapacaqdır.
Səyyar qəbulda müraciətlərin əksər hissəsi zəlzələ nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı olub. Vətəndaşlara izah olunub ki, zəlzələninin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunacaqdır. Bundan əlavə sakinlər tərəfindən kəndin əkin sahələrini suvarma suyu ilə təmin edən Ağsu çayından kəndə gələn su kanalının yeni layihə əsasında çəkilməsi, həyətyanı torpaq sahəsinin verilməsi, kənd kənarında olan zibil tullantılarının təmizlənməsi, məktəbin həyətyanı sahəsinin abadlaşdırılması, fərdi yaşayış evinə kommunikasiya xətlərinin çəkilməsi, örüş sahəsinin ayrılması, kəndin adını bildirən lövhənin yerləşdirilməsi, kənd yolunun təmir edilməsi və sair məsələrlə bağlı təkliflər səsləndirilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Məktəbin həyətinin abadlaşdırılması, tullantıların götürülməsi və kəndin adını bildirən lövhənin yerləşdirilməsi ilə bağlı məsələlər yerində həll edilib.
Görüş səmimi və diskusiya şəraitində keçib, sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.