Ağdam Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
17-06-2022, 14:38
275 dəfə baxılıb
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Milli Karate Federasiyasının yığma komandasının üzvü, Avropa çempionatının gümüş mükafatçısı Rafiz Həsənovu qəbul edib
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Milli Karate Federasiyasının yığma komandasının üzvü, cari ilin may ayında Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatının gümüş mükafatına layiq görülmüş Rafiz Həsənovu qəbul edib. Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov idmançını təbrik etmiş, onun qayğıları ilə maraqlanmış və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüşün sonunda Rafiz Həsənov səmimi qəbula görə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova öz təşəkkürünü bildirmişdir.
Ağdamdan olan bir qrup ziyalı rayonun işğaldan azad edilmiş ərazilərinə səfər edib
“15 İyun - Milli Qurtuluş Günü” ndə Ağdam rayonundan olan bir qrup ziyalı rayonun işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra yerlərinə baş çəkmiş, erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət etmişlər. Eyni zamanda qonaqlar işğaldan sonra rayon ərazisində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri ilə tanış olmuşlar.
Səfər başa çatdıqdan sonra qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüş və ətraflı fikir mübadiləsi aparmışlar.
Ağdamda “15 İyun- Milli Qurtuluş Günü” nə həsr olunmuş tədbir keçirilib
Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, dövlətçiliyin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açmış, o dövrdə mövcud olmuş gərgin siyasi prosseslərdən bəhs etmişlər. Həmçinin qeyd edilmişdir ki, Ulu Öndər Heydər Əliyev siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan Respublikası zamanın sınaqlarından məharətlə çıxmış və bugün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə çevrilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.
Ağdam rayonunda “Son Zəng” tədbiri keçirilib
Ağdam rayonunun Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində “Son Zəng” tədbiri keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təshil İdarəsinin Ağdam rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək məzunları təbrik etmiş, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun səyyar qəbul-görüşü keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Birinci Dördyol qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar qəbulların davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR