Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Şorsulu kəndində əhali ilə səyyar qəbul keçirmişdir
8-06-2022, 14:52
214 dəfə baxılıb
Salyan Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - Bu gün dünyada baş verən qeyri-sabit və mənfi proseslərə baxmayaraq, Azərbaycanda hər bir sahədə dinamik inkişaf müşahidə olunmaqla yanaşı, müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış xarici siyasət kursu həyata keçirilir. Azərbaycan dövləti tərəfindən bir sıra dünya miqyaslı enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfər edib: “Dünyanın supergüc dövlətlərindən olan ABŞ-a edilmiş bu səfər ölkəmizin dünya miqyasındakı mövqeyinin və beynəlxalq aləmdə güclü tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Səfər çərçivəsində Hikmət Hacıyev bir sıra ABŞ rəsmiləri ilə görüşlər keçirdi. Keçirilmiş bu görüşlər regional məsələlərlə bağlı və Azərbaycan-ABŞ tərəfdaşlığının inkşafı baxımından xeyli səmərəli oldu.”
Bu gün Azərbaycanda nümunəvi xarici siyasət həyata keçirilir. Bunun da nəticəsidir ki, ölkəmiz bir sıra dünya miqyaslı layihələri icra edir, böyük əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünya dövlətləri ilə əlaqələri daha da möhkəmləndirir, müttəfiqlik münasibətləri qurur. Bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasətin nəticəsidir: “Azərbaycanın maraqlarının təmin olunduğu və sülhə, sabitliyə, tərəqqiyə hesablanmış bu siyasət ölkəmizin gələcək inkşafının təminatıdır.”
*****
Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Salyan rayonunda dadaim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Səyyar qəbulda sakinlərin müraciəti, dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR