Fransada gözlənilən kütləvi tətil və etiraz aksiyaları futbol matçlarına da təsir edib.
“ UEFA Avropa Liqası çərçivəsində keçirilməli olan “Renn” – “Olimpiakos” qarşılaşmasının tarixi və başlama saatı dəyişdirilib.
Əvvəlcə 5 noyabr cümə axşamına planlaşdırılan matç Fransa həmkarlar ittifaqlarının həmin gün üçün elan etdiyi ümumi tətil səbəbindən 4 noyabr çərşənbə gününə keçirilib. Fransa hakimiyyəti tətil günü Renndə lazımi təhlükəsizliyi təmin edə bilməyəcəyini açıqlayıb. UEFA isə matçın başlama saatını 16:30-a təyin edib.
Oyunun iş gününə və erkən saata salınması bilet alan “Renn” azarkeşlərinin kütləvi narazılığına səbəb olub.
Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin etirazlara cəlb olunması səbəbindən Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 1-in bəzi oyunlarını da təxirə salmalı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.