xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!

Bugün, 09:13 1 dəfə baxılıb

İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!


İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri ölkədə siyasi vəziyyəti daha da mürəkkəbləşdirib.

Səslərin 85,6 faizinin hesablanması nəticəsində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat əldə edir. Fələstinli ərəblərin üstünlük təşkil etdiyi partiyaların ümumilikdə 19 mandat qazanacağı gözlənilir.

120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.

İsrail mətbuatının məlumatına görə, müxalifət ərəb partiyalarının dəstəyi ilə azlıq hökuməti formalaşdırmaq imkanını nəzərdən keçirə bilər. Bu halda ərəb partiyaları hökumətin tərkibinə daxil olmadan ona parlamentdə dəstək verə bilərlər.

Ərəb partiyaları ilə razılıq əldə olunmayacağı təqdirdə isə yenidən seçkilərin keçirilməsi və ya Netanyahu ilə milli birlik hökumətinin yaradılması variantları gündəmə gələ bilər.

Bu arada Netanyahu ərəb partiyalarını qanunsuz proqram təminatından istifadə edərək səsləri oğurlamaqda ittiham edib və araşdırma aparılmasını tələb edib.

İsrail Prezidenti İshaq Hersoq siyasi qüvvələri yeni seçkilərdən yayınmağa və koalisiya danışıqlarına açıq yanaşmağa çağırıb.

Ərəb partiyalarının nümayəndələri isə Netanyahu hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Demokratlar Partiyasının lideri Yair Qolan da ərəb partiyaları ilə əməkdaşlıq əsasında yeni hökumət qurulması imkanından danışıb.

Seçki Komissiyasının rəsmisi Elad Naveh bildirib ki, 500 mindən çox xüsusi bülletenin hesablanmasına oktyabrın 28-i axşam başlanacaq. Sayımın oktyabrın 29-u axşam başa çatması gözlənilir. Bununla belə, prosesin oktyabrın 30-dək uzanması istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi