12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Allahverən Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
18-09-2019, 14:09
230 dəfə baxılıb
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Mehdiabad qəsəbəsində Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Abşeron rayonu Mehdiabad qəsəbəsində Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə ümumilikdə 250 nəfərdən çox sakin iştirak edib. Səyyar qəbulda respublikanın və regionun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi. Məcburi köçkün sakinlərdən Tofiq Abbasov, Qərənfil Ocaqova, Zəmanə Həsənova, Zəhra Bağırova, Şikar Ağayev, Şəhid ailəsi Hüsü Şəkəralıyev və başqaları əhalinin həyat şəraiti, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin də daim diqqət mərkəzində saxlanılmasından, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında evlə təmin olunmalarına, məskunlaşdıqları qəsəbədə uşaq baxçasının, xeyir-şər evinin və tibb məntəqəsinin tikilməsinə, məcburi köçkünlərin evlə təmin olunmasına, maddi köməklik və digər şəxsi məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılacağını bildirib.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Allahverən Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevdır.
Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Allahverən Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Allahverən Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Allahverən Əliyevdən danışdılar yaxşı ki, Allahverən Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini təyin olunub… Allahverən Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Allahverən Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Allahverən Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Allahverən Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Allahverən Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Allahverən Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Allahverən Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Allahverən Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Allahverən Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Allahverən Əliyev özünü doğruldub. Bizdə hörmətli Allahverən Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: