xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb

Bugün, 10:00 1 dəfə baxılıb

Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb


Sabah Ağdam şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur. İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Ağdam da bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu.

Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb:

"Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1,5 milyard manata çatır. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu isə birbaşa rayonun yenidən qurulması və böyük miqyaslı infrastruktur işlərinin aparılması ilə bağlıdır".

Millət vəkilinin sözlərinə görə, 2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17 dəfə artım deməkdir: "Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur"

"Ağdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal edilən məhsullar tezliklə Avropa İttifaqı daxil olmaqla inkişaf etmiş dövlətlərə ixrac ediləcək", - deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi