xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq

Bugün, 13:19 0 dəfə baxılıb

"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq


Bakıda avtomobil gətirmək vədi ilə vətəndaşın 261 130 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs polis tərəfindən saxlanılaraq həbs edilib.
Oxu.az xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü M.M.-ni aldadan Ülvi Cəlilzadə öz adına "Avtolayn" adlı şirkət təsis edərək ona xarici ölkələrdən - ABŞ və ərəb ölkələrindən sərfəli qiymətə "Range Rover" və digər markalı avtomobillər gətirəcəyini vəd edib.

Tərəflər arasında bu ilin iyun-iyul aylarında əldə olunan razılaşmaya əsasən, zərərçəkmiş şəxs ümumilikdə 261 130 manat vəsaiti bank vasitəsilə xarici ölkədəki hesaba köçürüb.

Lakin vəd edilən avtomobillər gətirilməyib. Ü.Cəlilzadə hər dəfə avtomobillərin artıq alındığını, yolda olduğunu və sənədləşmə işlərinin aparıldığını bildirərək zərərçəkmişi gözləməyə məcbur edib.

Müəyyən olunub ki, əslində avtomobillərin alınması və gətirilməsi istiqamətində heç bir iş görülməyib. Şəxs tərəfindən zərərçəkmişə təqdim edilən məlumat və sübutların da saxta olduğu üzə çıxıb.

Aldadıldığını anlayan vətəndaşın müraciəti əsasında polis tərəfindən cinayət işi başlanılıb. Həyata keçirilən tədbirlərlə Ü.Cəlilzadə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi