xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?

Bugün, 09:00 0 dəfə baxılıb

Bu müavinətlər artırılır - Yeni məbləğ nə qədər olacaq?


Parlament Azərbaycanda uşağın anadan olmasına görə və dəfn üçün ödənilən məbləğin artırılması təklifini ilk oxunuşda qəbul edib.

Sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Belə ki, uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1 500 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Yeni qaydanın tətbiqi isə 900 manat artım deməkdir.

Həmçinin dəfn üçün ödənilən məbləğin artımı gözlənilir.

Belə ki, bir nəfər pensiyaçıya ödəniləcək dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata qaldırılması proqnozlaşdırılır.

Sığortaolunanlar üçün bir nəfərə düşən dəfn pulunun orta məbləğinin isə 590 manatdan 700 manata qaldırılması nəzərdə tutulur.

Sözügedən layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi