xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Bugün, 09:54 1 dəfə baxılıb

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi


Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

Qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbanktətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.
Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.
Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.
Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.
Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Vacib qeyd: 500 AZN-dən yuxarı ödənişlərinizi rahat həyata keçirmək üçün müvafiq tətbiqlərdən ən azı birinin aktiv olduğundan əmin olun.

Bir ekosisteminin ödəniş terminalı şəbəkəsi olan Milliön Azərbaycanda nağd ödənişlərdən elektron ödənişlərə keçid bazarının mübahisəsiz lideridir. Rahatlıq, sürət və etibarlılıq prinsipləri üzərində qurulan şəbəkə gündəlik ödənişlərin idarə olunmasını tamamilə asan və təhlükəsiz edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi