xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif

Bugün, 13:08 0 dəfə baxılıb

Eyni işi görən həkimlər niyə fərqli vergi ödəməlidir? - Rəşad Mahmudovdan təklif


Vergitutma sistemində ədalət prinsipinin qorunmasının, xüsusilə səhiyyə sahəsində vahid yanaşmanın formalaşdırılmasına ehtiyac var.

Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, son dövrlərdə müxtəlif sahələr üzrə vergi güzəştlərinin artırılması ilə bağlı təkliflər tez-tez səsləndirilir. Lakin verginin mahiyyətinə yalnız sahibkarlıq subyektlərinin maliyyə yükü baxımından yanaşmaq doğru deyil.

“Vergi yalnız dövlətin vətəndaşdan və ya sahibkardan topladığı vəsait deyil. Vergi dövlətin mövcudluğunun, iqtisadi inkişafının, təhlükəsizliyinin, təhsilinin, səhiyyəsinin və digər ictimai xidmətlərinin davamlılığını təmin edən əsas mexanizmlərdən biridir.

Əlbəttə, iqtisadi fəallığın, sahibkarlığın və investisiyaların stimullaşdırılması məqsədilə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Ancaq əsas məsələ güzəştlərin çoxluğu deyil, onların hansı prinsiplərlə və nə dərəcədə ədalətli tətbiq edilməsidir. Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir”, - o qeyd edib.

Rəşad Mahmudov bildirib ki, son illərdə Azərbaycanda səhiyyə sisteminin inkişafı, icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin əlçatanlığının artırılması və səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir: “Bununla belə, səhiyyə sahəsində vergi və sosial ödənişlərə münasibətdə mövcud olan bəzi fərqli yanaşmaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Bu gün ölkəmizdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, ali tibb təhsili müəssisələrinin klinikaları, digər dövlət tibb müəssisələri və özəl xəstəxanalar eyni səhiyyə sisteminin tərkib hissələridir. Onlar hər biri insan sağlamlığının qorunmasına, tibbi xidmətlərin göstərilməsinə və səhiyyənin inkişafına xidmət edir. Lakin bu müəssisələrin vergi və sosial ödəniş rejimlərində təşkilati-hüquqi statusundan, mülkiyyət formasından və aid olduğu sektordan asılı olaraq ciddi fərqlər mövcuddur.

Müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının müəyyən hədlərinə, o cümlədən 8 min manatadək olan hissəsinə münasibətdə fərqli vergitutma mexanizmləri, ayrı-ayrı müəssisələrə şamil olunan xüsusi rejimlər nəticəsində eyni peşə fəaliyyəti ilə məşğul olan tibb işçilərinin vergi və sosial ödəniş yükü fərqlənə bilir.

Eyni ixtisasa, eyni peşə məsuliyyətinə malik və eyni tibbi xidməti göstərən həkimlərin yalnız çalışdıqları müəssisənin hüquqi statusuna görə fərqli maliyyə şərtləri ilə üzləşməsi səhiyyə sistemində sağlam rəqabətə, kadrların ədalətli bölgüsünə və müəssisələrin dayanıqlı inkişafına mənfi təsir göstərə bilər.

Burada məsələ hansısa müəssisəyə verilmiş güzəştin ləğv olunması və ya digərinin üstünlük əldə etməsi deyil. Məsələ bütün səhiyyə müəssisələrinə münasibətdə vahid, şəffaf və ədalətli prinsiplərin müəyyən edilməsidir. Biz səhiyyə müəssisələrinə yalnız onların hansı qurumun tabeliyində olmasına görə deyil, göstərdikləri tibbi xidmətin mahiyyətinə, ictimai əhəmiyyətinə və fəaliyyət şərtlərinə görə yanaşmalıyıq.

Səhiyyə Nazirliyinin institutu, universitet klinikası, dövlət xəstəxanası və ya özəl tibb müəssisəsi - bunların hamısı vahid səhiyyə sisteminin iştirakçılarıdır. Dövlət siyasəti də bu bütövlüyü nəzərə almalıdır.

Təbii ki, elmi-tədqiqat, tədris, sosial öhdəliklər və dövlət sifarişi kimi obyektiv fərqlər nəzərə alına bilər. Lakin bu fərqlər əsassız vergi üstünlüklərinə və ya rəqabət bərabərsizliyinə çevrilməməlidir”.

Deputat vurğulayıb ki, səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi, müasir tibbi avadanlıqların alınması və maliyyələşmənin artırılması ilə məhdudlaşmır: “Bu inkişafın mühüm şərtlərindən biri də səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən iqtisadi və hüquqi mexanizmlərin ədalətli, şəffaf və uzunmüddətli olmasıdır. Vergi siyasətində ayrı-ayrı müəssisələrə deyil, bütövlükdə səhiyyə xidmətinin inkişafına xidmət edən yanaşma formalaşdırılmalıdır.

Dövlətin güclü olması üçün vergi lazımdır. İqtisadiyyatın güclü olması üçün sahibkarlıq lazımdır. Səhiyyənin güclü olması üçün isə həm dövlət, həm də özəl sektorun bərabər və ədalətli prinsiplər əsasında inkişafına şərait yaradılmalıdır. Vergi güzəşti ayrı-ayrı qurumların imtiyazına deyil, ölkənin iqtisadi və sosial inkişafına xidmət etməlidir.

Biz verginin əleyhinə deyil, vergidə ədalətsizliyin əleyhinə olmalıyıq. Çünki dövlətin vergiyə ehtiyacı olduğu qədər, vətəndaşın da ədalətli dövlətə ehtiyacı var”,- deyə Rəşad Mahmudov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi