xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan

Bugün, 09:00 1 dəfə baxılıb

“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdən getməsi ilə bağlı yeni şərtlər açıqlayıb.

Musavat.com xəbər verir ki, o, siyasi gələcəyini yeni Konstitusiyanın qəbul edilməsi və Azərbaycanla sülh prosesinin başa çatdırılması ilə əlaqələndirib.

Ermənistan mətbuatının məlumatına görə, Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatı zamanı müxalifətin suallarını cavablandırarkən bu barədə danışıb.

Baş nazir bildirib ki, yeni Konstitusiya layihəsi referenduma çıxarılarsa və vətəndaşlar sənədi dəstəkləməzlərsə, vəzifəsindən gedəcək.

Əgər referendumda yeni Konstitusiya qəbul olunarsa, Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, nəqliyyat kommunikasiyalarının açılması, eləcə də sərhədin mürəkkəb hissələrinin delimitasiyası istiqamətində nəzərdə tutulan işləri başa çatdırdıqdan sonra istefa verəcəyini açıqlayıb.

Paşinyan Azərbaycanla sülhün institusional və dönməz xarakter almasına qədər hakimiyyətdən getmək niyyətində olmadığını vurğulayıb.

“Sülh bərqərar olmayana, institusional xarakter almayana qədər getməyəcəyəm”, – deyə o bildirib.

Baş nazir yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün təminatların mövcud olduğunu da söyləyib.

“Bəli, belə təminatlar var. Mən bunun məsuliyyətini öz üzərimə götürə bilərəm”, – Paşinyan qeyd edib.

O, Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, həmçinin institusional sülhün təmin olunması ilə öz siyasi missiyasını başa çatmış hesab edəcəyini bildirib.

Paşinyan müxalifəti referendumun keçirilməsinə razılıq verməyə çağıraraq hər iki nəticədə vəzifədən getməyə hazır olduğunu bəyan edib.

Ermənistanın baş naziri sülh prosesinin yekunlaşdırılmasına mane olmaqda müxalifəti günahlandırıb və yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla dönməz sülhün təmin olunması üçün bütün siyasi nüfuzunu ortaya qoymağa hazır olduğunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi