xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 

Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı

Bugün, 13:16 0 dəfə baxılıb

Fermerlərə əlavə yük: aqrar məhsullar bahalaşa bilər - Deputat açıqladı


“2024-2025-ci illərdə təxminən 386 minə yaxın fermerə subsidiya verilib. Halbuki ölkədə torpaq sahəsinə sahib olanların sayı 600 minə yaxındır”.

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentdə Vergi Məcəlləsinin müzakirəsi zamanı deyib.

Deputat hesab edir ki, Vergi Məcələsinə təklif olunan dəyişikliklər fermerlər üçün əlavə maliyyə və inzibati yük yarada bilər.

Məşhur Məmmədov qeyd edib ki, 386 min fermer nəzərə alınarsa, büdcəyə hər fermer üzrə ildə cəmi 40 manat vəsait cəlb olunması nəzərdə tutulur. Lakin kənd təsərrüfatı fəaliyyəti vergi uçotuna cəlb edilən fermerlərin mühasibat uçotunu aparmaq üçün əlavə işçi qüvvəsinə ehtiyacı yaranacaq.

Deputatın sözlərinə görə, minimum əməkhaqqının 400-450 manat olduğu şəraitdə bir mühasibin illik əmək xərci ən azı 5 500-7 500 manat təşkil edə bilər. Bu isə fermerlərin büdcəyə ödəyəcəyi məbləğlə müqayisədə dəfələrlə artıq xərc artımına, həm də bahalaşmaya səbəb olacaq.

O bildirib ki, yüz minlərlə fermer üçün ayrıca mühasib tapmaq, xüsusilə regionlarda, real görünmür:

Məşhur Məmmədov hesab edir ki, 14,5 milyon manatlıq büdcə gəliri naminə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə vəsait xərcləməsi kənd təsərrüfatı məhsullarının bahalaşmasına və aqrar sahədə çalışan insanların problemlərlə üzləşməsinə səbəb ola bilər.

Deputat qanun layihəsinin ikinci oxunuşunda məsələyə yenidən baxmağa çağırıb. O vurğulayıb ki, bu məsələnin nəzərə alınması bütün fermerlər üçün müsbət addım olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi