xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Ağdam tezliklə Qarabağın sənaye mərkəzinə çevriləcək"

20-11-2025, 12:40 11 dəfə baxılıb

"Ağdam tezliklə Qarabağın sənaye mərkəzinə çevriləcək"


"Bu gün Ağdam şəhəri günü ilə qeyd olunur. Erməni vəhşiliyi nəticəsində tamamilə dağıldılmış Ağdam şəhəri artıq sürətli bərpa və yenidən qurma mərhələsinə daxil olub. Cənab Prezidentin rəhbərliyi ilə Ağdam şəhəri və rayonun kəndləri intensiv şəkildə və müasir standartlara uyğun olaraq yenidən qurulur".

Bu barədə millət vəkili Vüqar Bayramov danışıb.

Deputat qeyd edib ki, Ermənistanın 27 illik işğalından əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi:

"Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir

Təsdiq olunmuş Baş Plan göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək. İşğaldan əvvəl rayonda istehsal edilən bir sıra məhsullar keçmiş SSRİ-də brend olub. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi.

Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi həyata keçirilir. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur

Böyük turizm potensialına malik olan Ağdam rayonunun təbiəti və tarixi abidələri turist cəlb etmək baxımından üstünlüyə malikdir. Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da Ağdamın qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir.

Son 5 ildə həyata keçirilən infrastuktur işləri Ağdamın tezliklə Qarabağın sənaye mərkəzinə çevriləcəyindən xəbər verir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi