xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vətəndaşlar davamlı diqqət və qayğıya görə Ramiz Həsənova minnətdarlıqlarını bildirdilər

30-01-2023, 11:33 115 dəfə baxılıb

Vətəndaşlar davamlı diqqət və qayğıya görə Ramiz Həsənova minnətdarlıqlarını bildirdilər


26 yanvar 2023-cü il tarixdə növbəti səyyar qəbul keçirildi

Vətəndaşlar davamlı diqqət və qayğıya görə Ramiz Həsənova minnətdarlıqlarını bildirdilər


Ölkə rəhbərinin tapşırığına əsasən Zəngilan rayon İcra hakimiyyətinin başçısı sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq respublikanın müxtəlif ərazilərində səyyar qəbullar keçirir. Zəngilan RİH başçısının növbəti səyyar qəbulu 26.01.2023-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirildi. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, başçının İƏD üzrə nümayəndəlikləri iştirak etdilər.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Zəngilan rayon İcra hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü keçirildi

Vətəndaşlar davamlı diqqət və qayğıya görə Ramiz Həsənova minnətdarlıqlarını bildirdilər


Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 24 yanvar 2023-cü ildə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni salınmış köçkün şəhərciyində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə görüşdü.

Qəbulda vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin bir çoxu yerində həll edildi, bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi, bir neçə müraciətlərlə bağlı isə vətəndaşlara izahat verildi.

Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov - Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə olunan silahlı hücum əvvəlcədən düşünülmüş və planlı şəkildə həyata keçirilmiş qanlı terror aktıdır. Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş Şəhid olmuşdur. Əlbəttə ki, bu terror aktına görə bütün məsuliyyət birbaşa İran hökumətinin üzərinə düşür. Yayımlanan video görüntülərdə səfirliyin qarşısında avtomobildən düşən və avtomat silahla silahlanmış terrorçunun səfirliyin girişində yerləşən polis postunda olan şəxslə sol əlini qaldıraraq salamlaşdığı aydın görünür. Eyni zamanda da polis yad bir insanın əlində silah səfirliyə daxil olmasına, heç bir reaksiya vermir. Sual olunur, həmin polis postunu səfirliyin qarşısına hansı məqsədlə yerləşdiriblər? Vurğulamaq lazımdır ki, İran dövlətinin davamlı olaraq ölkə daxilində həyata keçirdiyi Azərbaycan əleyhinə təbliğat və düşmənçilik siyasəti bu kimi yolverilməz hadisələrin, terror aktlarının baş verməsinə zəmin yaradır.

İranın Azərbaycana qarşı düşmənçilik siyasəti İkinci Qarabağ savaşı zamanı, İranın öz ərazisindən Ermənistana silah-sursat, terrorçu dəstələrin daşınmasına şərait yaratmasında, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib. Azərbaycan bütün ölkələrlə münasibətlərini hər zaman səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qurmağa üstünlük verir. Bu, Ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm baza prinsiplərindən biridir. Təəssüflər olsun ki, Azərbaycanın dünya, o cümlədən müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və həmrəyliyinə dəyərli töhfələr verməsi cənub qonşumuz olan İran tərəfindən qısqanclıqla qarşılanır. Sözdə, dövlət rəsmiləri səviyyəsində verilən bəyanatlarda özünü Azərbaycanın səmimi dostu kimi təqdim etməyə çalışan İran faktiki olaraq hər zaman ölkəmizi ideoloji hücumlarının hədəfinə alıb. Lakin Azərbaycana təhdid və hücumlarla təzyiq göstərmək, bu kimi üsullarla ölkəmizi öz haqq yolundan, dövlətimizi öz siyasətindən çəkindirmək mümkün deyil. Azərbaycan özünə qarşı bütün təhdidləri dərhal aradan qaldırmağa, istənilən terror ocağını məhv etməyə qadir ölkə olduğunu artıq sübut edib. Buna görə də nə İranın Azərbaycanla sərhəd ərazilərində keçirdiyi hərbi təlimlər, nə rəsmi Tehranın ölkəmizə qarşı əsassız bəyanatları, nə də heç bir terror aktı Azərbaycanı öz haqq yolundan döndərə bilməz.

Bütün Azərbaycan xalqı kimi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş qanlı terror hadisəsini sonsuz qəzəb və hiddət hissi ilə pisləyirik. Bu beynəlxalq cinayəti törədənlərin və təşkil edənlərin dərhal tapılmasını və ciddi cəzalandırılmasını tələb edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi