Kəlbəcər Rayon İcra Hakimiyyətinin fəaliyyəti bilavasitə vətəndaşlarla sıx əlaqələr əsasında qurulmasıdır
5-09-2019, 12:55
411 dəfə baxılıb
Bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin fəaliyyəti də bilavasitə vətəndaşlarla sıx əlaqələr əsasında qurulub desək, qətiyyən yanılmarıq. Rayon sakinləri ilə daima təmasda olan Kəlbəcər RİH-nin rəhbərliyi insanların mövcud vəziyyətinin düzgün qiymətləndirilməsi, yaranan problemlərin vaxtında və effektiv həlli baxımından mütəmadi olaraq məqsədyönlü addımlar atır. Çox maraqlıdır ki, rayon rəhbərliyinin sakinlərlə görüşləri sadəcə sırf bu məqsədlə təşkil olunan qəbullarda baş vermir. Eyni zamanda insanlarını məskunlaşdıqları ərazilərdə mütəmadi olaraq keçirilən müxtəlif tədbirlər də rayon rəhbərliyi ilə vətəndaşlar arasında təmas yaranmasına səbəb olurlar. Bəlkə də belə tədbirlərin əksəriyyətinin birbaşa Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı Aqil Məmmədovun təşəbbüsü ilə baş tutmasının da əsas səbəbi elə budur.
Dediyimiz kimi, Kəlbəcər RİH-nin təşəbbüsü ilə keçirilən bütün bu tədbirlər həm də rayon rəhbərliyi ilə sakinlər arasında daimi təmas tellərinin olmasını təmin edir. Bununla belə icra başçısı Aqil Məmmədovun mütəmadi olaraq təşkil etdiyi qəbul-görüşlər vətəndaşların ən müxtəlif problemlərilə bağlı müraciətlərin dinlənilməsi və bu dinləmələr əsasında təcili tədbirlərin görülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Keçən il olduğu kimi, 2019-cu ildə də belə görüşlər yüksək intensivliklə davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı Aqil Məmmədovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Mingəçevir şəhərinin Üçxoz qəsəbəsində müvəqqəti məskunlaşan kəlbəcərli məcburi köçkünlərlə səyyar qəbul - görüş keçirildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Mingəçevir şəhərinin Üçxoz qəsəbəsində keçirildi. Səyyari görüşdə rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və Üçxoz qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər iştirak etdilər. Qəbulu giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov açmış, ölkəmizin sosial – iqtisadi vəziyyətinin inkişafı, məcburi köçkünlərin mənzil – məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, ordu quruculuğu sahəsindəki görülən işlərdən və bundan sonra icrası nəzərdə tutulan layihələrdən danışdı. Məcburi köçkünlər tərəfindən qaldırılmış problemlərin bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlər ilə bağlı aidiyyatı üzrə göstərişlər verilmşidir.
Aqil Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Aqil Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Aqil Məmmədov özünü doğruldub. Bizdə hörmətli Aqil Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR