Cəlilabad rayonunda silsilə tədbirlərlə davam edib - ÖZƏL
3-10-2022, 11:09
173 dəfə baxılıb
Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin anım günündə büstünün açılışı olub
Sentyabrın 29-da Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.
Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.
Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Rafiq Cəlilov Boyxanlı kəndində səyyar qəbul-görüş keçirib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun rayonun Boyxanlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə Vətən müharibəsində və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RİH başçısı 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığı vurğulayıb. RİH başçısı sentyabrın 12-də gecə və 13-də müzəffər ordumuz tərəfindən düşmənə laiqli cavab verildiyini, şəhidlərimizin qanının yerdə qalmadığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildiriblər və yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Cəlilabad rayonu Azərbaycan ordusuna dəstəyini davam etdirir
Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatdan sonra Cəlilabad rayonu Azərbaycan Silahlı Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstəyini davam etdirir. Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti və rayonun ictimai fəallarının təşkilatçılığı ilə dövlət sərhədində istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlanılıb.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov səngərlərin möhkəmləndirilməsində istifadə olunması üçün işlənmiş avtomobil şinlərinin hərbi hissələrə göndərilməsi kampaniyasına qoşulub, şinlərinin yük maşınlarına yığılmasına kömək edib.
Kampaniya iştirakçıları bildiriblər ki, avtomobil şinləri hərbi hissələrdə qəbul edilir və hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə istifadə olunur.
Qeyd edək ki, Cəlilabad rayonunda toplanan avtomobil şinləri dörd tır yük maşını ilə hərbi hissələrə yola salınıb. Kampaniyanın mütəmadi davam etdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR