xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev

17-09-2021, 11:49 223 dəfə baxılıb

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev


Daşkəsən rayon İcra hakimiyyətinin başçısı cənab Əhəd Abıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əhəd Abıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də ərazimizdə yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı cənab Əhəd Abıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev


Daşkəsəndə Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib. Görüşdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev və Vətən Müharibəsi qaziləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün daşkəsənlilər adından bir daha sonsuz minnətdarlığımızı bildiririk.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Daşkəsən rayonunda şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi Daşkəsən rayon İcra hakimiyyətinin nəzər və diqqətindədir. Belə ki, mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.
Söhbət zamanı Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər. Qazi Rüfət Məmmədov qeyd edib ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. Qazi Fəqan Süleymanov isə deyib ki, bizim bu döyüşdə qələbədən başqa yolumuz yox idi.
Əhəd Abıyev bildirib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim dövlətimizin qayğısını hiss edəcəklər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.
Sonra Daşkəsən rayon Şəhidlər Xiyabanına gedilərək Vətən Müharibəsi iştirakçıları və qazilərin iştirakı ilə rayon Şəhidlər Xiyabanında yeni quraşdırılmış dirəkdə Azərbaycan Bayrağı ucaldılıb və şəhid məzarları ziyarət olunub.
Vətən Müharibəsi iştirakçıları və qazilər onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd AbıyevXalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev
Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev


Daşkəsəndə Şəhid Orxan Bəxtiyarovun doğum günü məzarı yanında qeyd olunub

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev


Vətən müharibəsi şəhidi Bəxtiyarov Orxan Sərvər oğlunun doğum günü Daşkəsən rayon Şəhidlər xiyabanında şəhidin məzarı yanında qeyd olunub.
Anım günüdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, DTX-nın rayon şöbəsinin rəisi Natiq Musayev, rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə baş sağlığı verərək nitq söyləyib.
O deyib:
- Möhtərəm Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması təşkil edir. Daşkəsəndə də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə təşkil olunur.
Həmin ənənənin davamı olaraq bu gün daşkəsənli şəhid əsgər Bəxtiyarov Orxan Sərvət oğlunun doğum günü münasibətilə onun məzarı başına toplaşmışıq.
Bildiyiniz kimi ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi.
Bu gün Daşksəndə 30 yaşını qeyd etdiyimiz Orxan Bəxtiyarov 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Onun iki azyaşlı övladı yadigar qalıb.
Azərbaycan Ordusunun əsgəri Orxan Bəxtiyarov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şəhidimiz Orxan Bəxtiyarov göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra şəhidimizin təhsil aldığı Daşkəsən şəhər 1 saylı İ. Nəsimi adına tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər oxuyublar.
Şəhidin anası Bəxtiyarova Gülbəs Həsənqulu qızı ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Orxan Bəxtiyarovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd AbıyevXalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev
Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana - Cənab Əhəd Abıyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi