xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”

20-10-2026, 09:33 2 dəfə baxılıb

“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”


“Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”.

Bunu ABŞ Prezidenti Donald Tramp Kanzasda keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp Ukrayna liderinin müharibəni dayandırmaqda maraqlı olmadığını və danışıqlar prosesinə mane olduğunu bildirib.

Zelenskinin ABŞ administrasiyasını tənqid edən bəyanatlarına cavab verən Tramp Ukrayna Prezidentinin reallıqdan uzaq olduğunu vurğulayıb: “Zelenski nə dediyini bilmir. O, bu müharibəni çoxdan həll etməli idi. Əgər vaxtında məni dinləsəydi, çoxdan daha əlverişli şərtlərlə razılaşma əldə olunardı və onun tərəfindən həyatını itirən bir milyon insan hələ də sağ qalardı. Ukrayna bu müharibədə dəhşətli dərəcədə insan itirib, ölkənin kişi əhalisi, demək olar ki, tükənib. Düşünürəm ki, artıq Ukrayna adından danışıqlara rəhbərlik etmək üçün başqa birinin təyin olunmasının vaxtı çatıb”.

Tramp həmçinin əlavə edib ki, ABŞ Ukraynaya böyük həcmdə kəşfiyyat məlumatları və dəstək versə də, qarşılığında heç nə əldə etməyib.

ABŞ Prezidenti noyabr ayında Çinə nəzərdə tutulan səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bəyan edib.

Trampın sözlərinə görə, bu görüşün əsas məqsədi Ukrayna böhranından ziyadə, qlobal nüvə tərksilahı məsələsi olacaq: “Ukraynanın iştirak edib-etməməsindən asılı olmayaraq, mən bu müharibəni dayandırmaq üçün danışıqlar aparacağam. Əgər Pekində Putin və Si Cinpinlə nüvə silahsızlanması üzrə razılıq əldə edə bilsək, bu, dünya üçün çox böyük bir xidmət olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi