xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”

11-06-2026, 15:30 7 dəfə baxılıb

Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”


ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda diqqətçəkən açıqlama verib.

Tramp sosial şəbəkədə paylaşdığı bəyanatda ABŞ ordusunun son ay ərzində Hörmüz boğazından keçən neft tankerlərinin və kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün gizli əməliyyat həyata keçirdiyini bildirib.

Onun sözlərinə görə, bu əməliyyat nəticəsində 100 milyon bareldən artıq neft Hörmüz boğazından maneəsiz keçərək dünya bazarlarına çıxarılıb. Tramp həmçinin qeyd edib ki, 200-dən çox kommersiya gəmisi təhlükəsiz şəkildə boğazdan keçə bilib.

ABŞ prezidenti əldə olunan nəticələri Vaşinqtonun bölgədəki hərbi üstünlüyü ilə əlaqələndirib:

“Bu uğurlu əməliyyatın səbəbi ABŞ-ın Hörmüz boğazına nəzarət etməsidir, İranın deyil”.

Tramp daha sonra İran haqqında sərt ifadələr işlədərək ölkənin hərbi qüvvələrinin məğlub edildiyini, iqtisadiyyatının isə ağır vəziyyətə düşdüyünü iddia edib.

ABŞ liderinin bu açıqlaması Vaşinqtonun son günlər İran ərazisinə endirdiyi zərbələr, Hörmüz boğazının təhlükəsizliyi ətrafında müzakirələr və enerji bazarlarında yaşanan dalğalanmalar fonunda verilib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur. Qlobal neft ixracının əhəmiyyətli hissəsi məhz bu dar dəniz keçidi vasitəsilə həyata keçirilir. ABŞ və İran arasında artan qarşıdurma səbəbindən boğazın gələcək taleyi enerji bazarlarının əsas gündəm mövzularından biri olaraq qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi