xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Trampdan Zelenskiyə mesaj: İmtina et!

18-08-2025, 09:48 3 dəfə baxılıb

Trampdan Zelenskiyə mesaj: İmtina et!


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Krımı və NATO üzvlüyündən imtina etməyə çağırıb və bu iki məsələnin gündəmdə olmadığını bildirib.

Tramp bu gün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüş öncəsi “Truth Social” hesabında Rusiya-Ukrayna prosesi barədə açıqlamalar verib.

Bu qədər Avropa liderini qəbul etməkdən qürur duyduğunu və sülhə aparan proseslə bağlı mühüm müzakirələr aparacaqlarını vurğulayan Tramp Zelenskiyə mesaj ünvanlayaraq deyib: “İstəsə, Rusiya ilə müharibəni dərhal bitirə bilər, yoxsa döyüşə davam edə bilər”.

Bununla belə, Tramp keçmiş prezident Barak Obamanın Krımı (Rusiyaya) bir güllə belə atmadan verdiyini və onun artıq geri alına bilməyəcəyini qeyd edib.

Tramp həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya daxil olması artıq müzakirə mövzusu deyil.

ABŞ prezidenti bu gün Ağ Evdə əvvəlcə Ukrayna prezidenti Zelenski ilə görüşəcək, sonra isə Avropa liderləri ilə genişmiqyaslı görüş keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi