xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rəşad Cəbrayılov: Sağlığında əfsanəyə çevrilən dahi

12-12-2023, 00:07 24 dəfə baxılıb

Rəşad Cəbrayılov: Sağlığında əfsanəyə çevrilən dahi


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - Bu gün qalibiyyəti, eyni zamanda yaratdığı yeni reallaqları ilə dünyanın diqqətində olan Azərbaycanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərdən bəhs edirik. Təbii ki, bu uğurlar hər ölkənin dayanıqlı inkişafında lider amilinin rolunu daha aydın şəkildə nümayiş etdirir. Möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət daim gələcəyə daha böyük inamla addımlamağa stimul verir.

Bunun üçün müstəqilliyimizin bərpasının ilk illərinə nəzər salmağa böyük zərurət duyulur. Bu baxımdan ki, Ulu Öndər Heydər Əliyevin xidmətlərini dəyərləndirmək üçün Onun hakimiyyətə qayıtdığı dövrün təhlilinə böyük ehtiyac duyulur. Azərbaycanın daxilində və ətrafında yaranan siyasi vəziyyət həmin dövrdə hakimiyyətdə olanların şəxsi keyfiyyətlərinin aydın mənzərəsini yaradır. Dövlətçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin hakimiyyətdə olmasının hansı çətinliklərə, faciələrə gətirib çıxardığı tariximizin qara səhifəsində öz əksini tapıb. Müstəqilliyimizin yenidən bərpasının ilk illəri məhz belə xarakterizə olunur.

Azərbaycan dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etsə də, o dövrdə hakimiyyətdə təmsil olunanların siyasi çəkişmələri, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilasının yollarını açıqladı. 90-cı illərin çətin anlarında Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadi müstəqilliyinin təmin edilməsində aparıcı şəxsiyyət idi. Məhz Onun xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan adlı dövlət müstəqilliyini daimi etdi.

Bu mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı əsas yer tutub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək gənclərin xaricdə təhsil alması ənənəsinin əsası qoyuldu. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsi almaları həqiqətlərimizin təbliğində də öz sözünü deyirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət dövlət siyasətinin əsasına çevrildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ümummilli Liderin gənclərə diqqətini xüsusi qeyd etməklə bu reallığı təsdiqləmiş oluruq ki, Azərbaycanın gələcəyi bu gün gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz qalibiyyətə imza atan Azərbaycanın keçdiyi inkişaf yolu barədə zəngin məlumata malik olmalıdırlar. Onlar bu həqiqəti bilməlidirlər ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Dahi şəxsiyyət “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli şəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm” söyləyərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə mövcud siyasi gərginliyi aradan qaldırdı, sabitliyi təmin etdi. Xalqının sevgisini, ona olan inamını və etimadını isə ümummilli Lider belə dəyərləndirmişdir: “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.”
Rəşad Cəbrayılov: Sağlığında əfsanəyə çevrilən dahi

Ümummilli Lider Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq ona olan ümidləri, etimadı doğrultdu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı.

2003-cü ildən Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün bu siyasətin davam etdirilməsinin vacibliyini bildirdi. Son 20 ilin uğurları bu vədin təsdiqidir. Azərbaycan hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin bütün arzularını yerinə yetirdiyi üçün xoşbəxtdir. Hazırda ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib, bütün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı zamanlarda inamla qeyd etdiyi “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır” çağırışı artıq reallıqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi