xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə

Bugün, 09:42 1 dəfə baxılıb

Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə


ABŞ-də federal hakim Donald Tramp administrasiyasına seçki təşəbbüsləri ilə əməkdaşlıq etməyən ştat və yerli seçki rəsmilərini məhkəmə ilə hədələməyi dayandırmağı əmr edib. Qərar noyabrın 3-də keçiriləcək aralıq seçkilərə bir neçə gün qalmış verilib.

“Reuters” xəbər verir ki, hakim Trina Tompson Ədliyyə Nazirliyinin seçki rəsmilərinə təzyiqini məhdudlaşdıran müvəqqəti qərarı seçki işçilərinin həmkarlar ittifaqları və digər təşkilatların iddiası əsasında çıxarıb.
Qərara əsasən, administrasiya yerli rəsmilərdən seçici siyahılarından vətəndaş olmayan şəxslərin çıxarılmasını, müəyyən seçicilərə bülleten verilməməsini və seçkilərdə verilən səslərin ayrıca saxlanılmasını tələb edə bilməz. Bu tələblər vətəndaş olmayan şəxslərin səs verdiyi iddia edilən siyahıya əsaslanırdı.

Hakim seçki rəsmilərinin federal qanunlara uyğun fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Tramp administrasiyası seçki nəzarətini gücləndirmək addımlarını təhlükəsizliyin və səsverməyə ictimai etimadın qorunması ilə əsaslandırsa da, tənqidçilər bunu federal səlahiyyətlərin aşılması kimi qiymətləndirirlər.

ABŞ Ədliyyə Nazirliyi qərarla bağlı şərh verməyib. Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarət uğrunda mübarizə aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi