xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rəşad Cəbrayılov: Əbədiyaşar Lider

7-03-2023, 11:29 143 dəfə baxılıb

Rəşad Cəbrayılov: Əbədiyaşar Lider


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Rəşad Cəbrayılov: Əbədiyaşar Lider


Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş“Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin formalaşmasında rolu” mövzusunda tədbir keçirilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rayon İcra hakimiyyəti, YAP rayon təşkilatı, Dövlət Aqrar İnkişaf Mərkəzi, kənd təsərrüfatı işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar və gənclər iştirak etmişdir.

Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotostendlərlə tanış olmuşlar. Tədbir Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında davam etdirilmişdir. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Ümummilli Lider Heydər Əliyevin Azərbaycandaaqrar sahənin formalaşmasında rolu” mövzusunda videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamaliyev, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, Sort-sınaq məntəqəsinin müdiriEyvaz Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, fermerlər Emin Mirzəyev və Balaş Əhmədov çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətindəki əvəzedilməz fəaliyyətindən bəhs etmiş, bu gün də bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər.

Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider
Rəşad Cəbrayılov: Əbədiyaşar Lider


Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - Ümummilli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə həyatını vətəninə, xalqına həsr etməklə Azərbaycan xalqının məhəbbətini qazanıb.
Hələ sovet dövründə yüksək vəzifələrdə işləmiş Heydər Əliyev müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib, Ermənistanla müharibə vəziyyətində olan, iqtisadi böhranlarla mübarizə aparan Azərbaycana rəhbərlik etməklə xalqının, dövlətinin xilaskarkarına çevrildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Rəşad Cəbrayılov: Əbədiyaşar Lider


Ümummilli Liderin hakimiyyəti dövründə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 7 ölkəsinin 11 ən iri neft şirkəti ilə müqavilə bağlandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi inkişafının əsası qoyuldu. Ümummilli Lider başda Türkiyə olmaqla türk dövlətləri ilə, eləcə də Rusiya, ABŞ və Avropa ölkələri ilə iqtisadi, siyasi əlaqələr quraraq ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Həmçinin Onun prezidentliyi dövründə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən konstitusiya referendumla qəbul edildi və ölüm hökmü ləğv edildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ancaq təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- ifadəsi cənab İlham Əliyevin bütövlükdə xarakterini, onun potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Cənab İlham Əliyev Ümummilli Lider kursunu davam etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərdi. 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları İlham Əliyevin fəaliyyəti nəticəsində 44 günə azad olundu.
Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır. Bu gün cəmiyyətimiz çox yaxşı dərk edir ki, Azərbaycanı nicata aparan yol Heydər Əliyev siyasi kursuna-vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən keçir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi