xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir

11-11-2021, 13:17 90 dəfə baxılıb

Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir



Salyan rayon Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov -1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn leytenant Əsədov Emil Balaqardaş oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur

Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir


Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir.

44 günlük Vətən müharibəsinin minlərlə şəhidlərindən biri, leytenant Əsədov Emil Balaqardaş oğlu. Digər şəhidlər kimi onun da hekayəsi həm kədərlidir, həm qürurludur. Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açan, ikinci Qarabağ müharibəsi başlayanda cəmi 22 yaşı olan və zabit paqonlarının qürurunu doyunca yaşamağa imkan tapmayan Emil də Qarabağ uğrunda atalarının yolunu davam etdirən oğullardan idi. Onun atası hərbçi olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir
Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir
Rəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edirRəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edirRəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edirRəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edirRəşad Cəbrayılov: Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi