Salyan rayon başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Salyan rayon İcra Hakimiyyəti Şəhid ailələrini ziyarət etmişlərŞəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.
Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.
Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamızda Ümummilli lider Heydər Əliyev və onun siyasi yolunun davamçısı olan İlham Əliyev tərəfindən regionların inkişafı daima prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəblə də dövlət başçısının müntəzəm olaraq regionlara səfər etməsi bölgələrimizin iqtisadi baxımdan inkişafı üçün mühüm əhəmiyyətə malikdir.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ölkə başçısının bu qəbildən olan səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər sistemli olaraq bu ərazilərin yenidən bərpası və dirçəldilməsinə yönəldilmiş məqsədyönlü siyasətdir. Bu ərazilərdə ilk növbədə infrastrukturun bərpasına xüsusi diqqət ayrılır. Prezidentin öz çıxışlarında qeyd etdiyi kimi, infrastrukturun bərpası ilə bu ərazilərə həm yerli, həm də xarici sərmayalərin cəlb olunması üçün şərait yaranmış olur. Bu isə öz növbəsində işğal altından azad olunmuş rayonlarımızın iqtisadi inkişafı üçün vacib amillərdəndir.
Bu səbəbdəndir ki, cənab İlham Əliyev vaxt itirmədən ilk olaraq Füzuli-Şuşa yolunun inşası üçün müvafiq tapşırıq vermiş və bu məqsədlə regiona səfər etmişdir. Prezident öz çıxışında bildirmişdir: “Bu yolun inşası bizim üçün əlamətdar hadisədir, çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Heç təsadüfi deyil ki İlham Əliyev bu yolu “Qələbə yolu” adlandırır.
Daha sonra dövlət başçısı yanvar ayının 14-də Füzuli Beynəlxalq hava limanının təməl qoyma mərasimində də iştirak etmişdir. Bu hava limanının region üçün əhəmiyyətini vurğulayan İlham Əliyev limanın tikintisinin bu sahədə təcrübəyə malik olan “AzVirt” MMC tərəfindən həyata keçiriləcəyini bildirib.
Fevral ayının 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olan Prezident ümumi uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yol xəttinin təməlini qoyub. Öz çıxışında İlham Əliyev Zəngilan rayonunda inşası nəzərdə tutulan “Ağıllı kənd” layihəsindən bəhs edib.
Fevral ayında baş tutan səfəri zamanı qeyd etdiyi “Ağıllı kənd” layihəsinin təməl qoyma mərasimi üçün İlham Əliyev Zəngilan rayonunda səfərdə olub. “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri olmaqla 5 komponenti əhatə edir.
28 may tarixində İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoymaq məqsədilə Ağdam rayonuna səfər edib. Prezidentin tapşırığına əsasən 44.5 km uzunluqda nəzərdə tutulmuş bu yol 4 hərəkət zolaqlı olmaqla 20-dən artıq yaşayış məntəqəsini birləşdirəcək.
Daha sonra Prezidentə Ağdam şəhərində 125 hektarlıq meşə zolağının salınacağı bildirilib. Bu meşə zolağı böyük park ərazisində salınacaq. İlham Əliyev parkın təməlqoyma mərasimində Azərbaycanın simvollarından sayılan Dağdağan ağacını əkib. Daha sonra Prezident tərəfindən şəhərdə salınacaq ilk yaşayış binasının
da təməli qoyulub. Bu yaşayış məntəqəsinin tikintisində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “Ural mühəndislik” şirkətlərinin cəlb olunduğu bildirilib.
Bu səfərlər regionlarımızın və bütövlükdə Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımlardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.