xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

13-09-2023, 12:09 34 dəfə baxılıb

Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Hacıqabul rayonunun Ələtli kəndində növbəti səyyar qəbul-görüş keçirildi
Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir.

Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.

07 sentyabr 2023-cü il tarixdə Hacıqabul rayonunun Ələtli kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı, aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.

Rayon İcra Hakimiyyətinin başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Hacıqabul rayonunda qəbul imtahanlarında yüksək nailiyyət qazanaraq ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmişdir
Hacıqabul rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Hacıqabul rayon İcra Hakimiyyətində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan tələbələrlə görüş keçirilmiş və rayonun ümumtəhsil müəssisələrinin 2022-2023-cü tədris ilində qazandığı uğurlar müzakirə edilmişdir. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və tələbə adını qazanmış məzunlar tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik etdi, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzuladı, yüksək bilikli mütəxəssis olmağı və layiqli vətəndaş kimi yetişməyi tövsiyə etdi. Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafını həmişə diqqətdə saxladığı, həmçinin, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi vurğulandı.

Qeyd edək ki, 2023-cü ildə Hacıqabul rayonu üzrə 11-ci sinfi bitirən 587 nəfər məzundan 393 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 240 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 22 nəfəri imtahanlarda 500 baldan, 6 nəfəri isə 600 baldan yüksək nəticə göstərmişdir. Bundan əlavə cari ildə əvvəlki illərin məzunlarından 10 nəfəri tələbə adını qazanmışdır.

Tədbirin sonunda qəbul imtahanlarında 600 baldan yuxarı nəticələr əldə edərək fərqlənmiş məzunlara mükafatlar təqdim olunmuşdur.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi