xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir

4-02-2020, 12:55 370 dəfə baxılıb

HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir


Dövlət başçısnın regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması son illər Hacıqabulun inkişafında sıçrayışa səbəb olub, desəm, yəqin ki, bu haqq sözə görə heç kim məni qınamaz. Bəli, doğrudan da, Hacıqabul özünün əsl inkişaf mərhələsini yaşayır, uğur-uğur dalınca qazanılır, rayonun siması günbəgün gözəlləşir, yeniləşir.

Bütün bu möhtəşəm tikili və abidələr Hacıqabulun tarixini zənginləşdirir, bu gününü möhtəşəm edir, sabahına Etibarlı təminat yaradır. Ölkə başçısının səfərindən sonra biri-birinin ardınca həyata keçirilən layihələr son illərdə Hacıqabulu demək olar ki, tamamilə dəyişdi. Hacıqabul rayon İcra hakimiyyətinin başçısı cənab Rüstəm Xəlilovun dediyi kimi, Hacıqabulun yüksəlişini, rayonun gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu.


Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hacıqabul rayonunda “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı icra nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilmişdir.

Təsdiq edilmiş qrafikə əsasən 30.01.2020-ci il tarixində Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında RİH başçısı Rüstəm Xəlilov, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etmişlər. 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Hacıqabul şəhər İƏD üzrə nümayəndəsi Laləzar İbrahimovanın məruzəsi dinlənilmişdir. Hesabat yığıncağında ziyalılar, ağsaqqallar və şəhər sakinləri görülmüş işlərdən və mövcud problemlərdən danışaraq şəhər icra nümayəndəliyinin fəaliyyətinə öz münasibətlərini bildiriblər. Şəhər nümayəndəliyinin 2019-cu ildəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən “kafi” qiymətləndirilib. Vətəndaşların yığıncaqda qaldırdıqları həlli vacib olan məsələlər, mövcud olan sosial-iqtisadi problemlər dinlənilmiş və həlli yolları araşdırılmışdır.


HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir


Hesabat yığıncağında iştirak edən RİH başçısı Rüstəm Xəlilov çıxış edərək respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində olan inkişafından söz açmış, o cümlədən rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən geniş məlumat vermişdir. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin işində yol verdiyi nöqsanlardan, qarşıda duran vəzifələrdən danışaraq tapşırıq və tövsiyələrini bildirmişdir.


Hacıqabul rayonunun Abdulabad kəndində səyyar qəbul-görüş keçirildi

HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir


Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti səyyar qəbul-görüşünü Hacıqabul rayonunun Abdulabad kənd sakinləri ilə keçirmişdir. Abdulabad kənd sakinlərinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin, iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışaraq Hacıqabul rayonunun daha da inkişafı üçün görüləcək işlərdən söz açdı.

Kənd sakinləri sosial problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişlər. Abdulabad kəndinə magistral yoldan gələn əsas yolun tikilərək kənd sakinlərinin istifadəsinə verildiyini, təsərrüfatların işıq, qaz, içməli su və suvarma suyu ilə tam təmin olduğunu və 640 yerlik yeni məktəb binasının tikildiyini xüsusi vurğulayaraq ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbulda iştirak etmiş kənd sakinləri tərəfindən qaldırılmış məsələlər yerində aidiyyəti təşkilatların məsul işçiləri ilə müzakirə olunmuş və onlara məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Bundan əlavə İcra Hakimiyyətinin başçısı kənd ərazisində əkin sahələrinin növbəli əkin sisteminə keçirilməsini qeyd etmiş, əhali üçün real gəlir mənbəyi olan pambıqçılığın inkişaf etdirilməsi üçün müvafiq tövsiyələr vermişdir.

HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir
HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir
HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi