xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Rafil Hüseynov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

24-05-2024, 12:39 9 dəfə baxılıb

Rafil Hüseynov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


Tam səmimiyyətlə demək istəyirik ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Rafil Hüseynovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Ağcabədidə tədqiqatçı-alim, professor Asif Rüstəmlinin 70 illik yubileyi qeyd olundu

Ağcabədidə tədqiqatçı-alim, professor Asif Rüstəmlinin 70 illik yubileyi qeyd olundu
17 may 2024-cü il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüsəmlinin anadan olmasının 70 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə öncə foyedə təşkil edilmiş kitab sərgisinə baxış keçirilib. Sərgidə Asif Rüstəmlinin əsərləri, tərcümə etdiyi, o cümlədən rəy verdiyi, ön söz yazdığı, tərtibçi və redaktoru olduğu kitablar yer alıb.

Tədbirdə Aran Ağcabədi internet televiziyasının təqdimatında “Asif Rüstəmli -70” adlı videoçarx nümayiş etdirilidikdən sonra açılış nitqi ilə çıxış edən tədbirin moderatoru, “Aran” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa bildirib ki, Ağcabədi rayonunda bir çox tanınmış simalar yetişib, mədəniyyət, incəsənət, elm və digər sahələrdə böyük uğurlara imza atıblar. Bu gün 70 illik yubileyinə toplaşdığımız Asif Rüstəmli də məhz Ağcabədi torpağının yetişdirdiyi dəyərli alimlərimizdəndir.
Sonra filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Asif Rüstəmli görkəmli ədəbiyyatşünas alim kimi” mövzusunda məruzə ilə çıxış edib. O, alimin elmi yaradıcılığından söz açıb, bu haqda geniş məlumat verib. Bundan sonra Milli Məclisin deputatı, yazıçı, jurnalist Aqil Abbas, ədəbi tənqidçi, şair, tərcüməçi “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir, Qabaqcıl maarif xadimi, Ağcabədi rayon Ağsaqqallar Şurasının üzvü Ədalət Hüseynov, A. Mustafayev adına Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin direktoru Zülfiyyə Hacıyeva, Azərbaycan Jurnalistlər Birliynin üzvü Sevindik Nəsiboğlu çıxış ediblər.
Daha sonra söz Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilib. İcra başçısı Asif Rüstəmlini təbrik edərək, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə qiymətli hədiyyəni yubilyara təqdim edib.
Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin, Milli Məclisin deputatı Tahir Rzayevin, filologiya elmləri doktoru Azərbaycanın sabiq Xarici İşlər Naziri Vilayət Quliyevin təbrik məktubları oxunub.
Yekunda çıxış edən yubilyar - filologiya elmləri doktoru, professor Asif Rüsəmli tədbirin təşkilatçılarına xüsusi minnətdarlığını bildirib, zaldan ünvanlanan sualları, fikir və təklifləri cavablandırıb.
Yubiley tədbirində Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi, bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.











Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü Aşağı Avşar kəndində keçirilmişdir

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Aşağı Avşar kəndində səyyar qəbulu keçirilib. Açıq havada keçirilən qəbulda çıxış edən icra başçısı Rafil Hüseynov kənddə mövcud olan ümumi nöqsanlar haqqında məlumat verib, bununla yanaşı kəndin inkişafı ilə bağlı gələcəkdə görülə biləcək işlərdən danışıb. Sonra sözü kənd sakinlərinə verən rayon rəhbəri bildirib ki, hər zaman olduğu kimi qəbulda hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirlər. Bu da sakinlərə mövcud problem və çətinliklərini daha rahat şəkildə aidiyyəti ünvanlara çatdırmaq imkanı yaradır.
Kənd sakini Sehliman İsmayılov çıxış edərək bildirib ki, kəndin ümumilikdə ciddi problemi yoxdur. Qaz, su, işıqla bağlı çətinliklər yaşanmır. Lakin kənd yolları ilə bağlı problem var. Belə ki, su borularında problem yarandıqca yol qazılır, boru təmir edilir, qazılan yer isə əvvəlki vəziyyətə qaytarılıb bərpa olunmur. Bu da yolların bərbad hala düşməsinə səbəb olur. Rayon rəhbəri tərəfindən məsələ ilə bağlı icra nümayəndəsinə müəyyən tapşırıq verilib, həmçinin belə hallarda problemin yaranmaması üçün aidiyyəti ünvana vaxtında xəbərdalıq edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.
Daha sonra kənd sakini Məhəmməd Həsənov və digərləri söz alaraq kənddə bir çox işlərin qaydasında olduğunu, hər hansı məsələdə ciddi çətinlik yaşamadıqlarını bildiriblər. Qeyd olunub ki, hazırda Qarabağda, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti, quruculuq, işlərinin qarşılığında kənd sakinləri buradakı kiçik məsələləri dilə gətirməyi qəbul edə bilmirlər. 30 illik işğaldan sonra torpaqlarımızın azad olunması, gündən-günə çiçəklənməsi, Xocalının qisasının alınması hər bir vətəndaş kimi onları da ürəkdən sevindirir və hər kəs Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək o torpaqlarda aparılan abadlıq işlərinə dəstək verməlidir.
Rayon rəhbəri sakinlərə xoş və anlayışlı fikirlərə görə minnətdarlığını bildirib, həmçinin `problemin azlığından-çoxluğundan asılı olmayaraq səyyar qəbulların mütəmadi keçirilməsinin, vətəndaşların problemlərinin yerindəcə öyrənilməsinin vacibliyini vurğulayıb.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi