13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
İlqar Mahmudov hər zaman şəhid ailələrinə xüsusi diqqət göstərir, onların problemlərini yerindəcə həll edir
25-04-2024, 10:32
14 dəfə baxılıb
Tam səmimiyyətlə demək istəyirik ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, İlqar Mahmudovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan icra başçısıdır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək İlqar Mahmudovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Yüksək bal toplamış şagirdlə görüş keçirilmişdir
24 aprel 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 10 mart 2024-cü il tarixdə rayonumuzun ümumitəhsil pilləsində təhsil alan 11-ci sinif şagirdləri üçün təşkil edilmiş yekun attestasiya imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplamış Aşağı Atuc kənd tam orta məktəbin şagirdi Gülməliyeva Sevil Rövşən qızı ilə təhsil aldığı məktəbdə görüş keçirmiş, onu təbrik etmiş və ən xoş arzularını çatdırmışlar.
Qeyd edək ki, respublika üzrə 11-ci sinif buraxılış imtahanlarında 39 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplamış, onlardan 14 nəfəri Bakı şəhəri, 25 nəfəri isə isə digər bölgələrdə təhsil alan şagirdlərdir.
İlqar Mahmudov Aşağı Atuc kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Aşağı Atuc kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Aşağı Atuc kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Rüstəmov Dilmurad Nürəddin oğlunun büstü ilə tanış olmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: