Ulu öndər ideyalarına sədaqət
2-03-2024, 10:57
4 dəfə baxılıb
Tam səmimiyyətlə demək istəyirik ki, Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Ramella Məmmədovanın barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!
Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Ramella Məmmədovanın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Ramella Məmmədova çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Ramella Məmmədova ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova - 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VII qurultayında qeyd etdiyi kimi, partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
Yaradılmasından yeddi aydan sonra ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin strateji xəttini müəyyən edilməsində ilk növbədə, Konstitusiyanın qəbul edilməsində mühüm addımlar atdı və dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdırılmış oldu. Eyni zamanda beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edildi, beynəlxalq təcridi, o cümlədən informasiya blokadası Azərbaycan həqiqətləri dünya ctimaiyyətinin diqqətinə çatdırıldı.
44 günlük müharibədə qazandığımız qələbə, antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası illər uzunu çəkilmiş zəhmətin bəhrəsidir və bu qazandığımız ilk növbədə xalq-iqtidar birliyi nəticəsində mümkün olmuşdur. Bu birliyin yaranması və möhkəmlənməsi əsas siyasi güc olan YAP-ın siyasi dividentidir. Bu da özünü son prezident seçkilərində bir daha təsdiq etmiş oldu. Seçkidə iştirak edən seçicilərin 90,05 faizinin YAP-ın Sədri İlham Əliyevə yenidən etimad göstərməsi xalqın inamının göstəricisi kimi qiymətləndirilməlidir.
Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 800 min nəfərə yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. Partiyamızın çoxminli üzvləri Heydər Əliyev ideyalarına sadiq qalaraq bu ideyaların təbliğində, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təşviqində aktiv mövqeyə malikdirlər. Bütövlükdə, Azərbaycan cəmiyyətinin intellektual potensialı YAP-ın sıralarında cəmləşib, gənclərimiz və qadınların partiyanın həyatında fəal iştirak edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR