xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Görməyə göz hamıda var - Yetər ki, yaxşını yaxşı görməyə istək olsun

28-03-2024, 00:37 5 dəfə baxılıb

Görməyə göz hamıda var - Yetər ki, yaxşını yaxşı görməyə istək olsun


Tam səmimiyyətlə demək istəyirik ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Abdin Fərzəliyevin barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu



Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan şənlikdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və ümumilikdə şəhər sakinləri iştirak ediblər.

Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Dədə Qorqud və Bahar Qız yazın gəlişini müjdə verməklə abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Novruzun əsas atributlarından olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.

Bayram şənliyinin məşəlini alovlandırmaq üçün cəngavərlər meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli iştirakçılar hər kəsi Parkda yaradılan Novruz guşələrini gəzməyə dəvət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər.

Sonra şəhid ailələri ilə birgə Ulu Öndərin adını daşıyan Mərkəzdə “Qeyd- Sosial Maarifləndirmə” ictimai birliyinin təşkilatçılığı ilə düzənlənən “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinə baxış keçirilib.

Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.






















Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev - “Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.” Artıq dördüncü dəfə Qarabağ torpağında Novruz tonqalını alovlandıran dövlət başçısı İlham Əliyev martın 18-də Xankəndi şəhərindən xalqımızı bayram münasibətilə təbrik edərək bir daha Azərbaycanın tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına gedən yola diqqəti yönəltdi. Bildirdi ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qurur, yaradır və bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır və bu il bu proses davam edir.

Ölkəmiz 30 illik işğal dövründə məsələnin daim sülh danışıqları əsasında çözülməsinə çalışdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi Azərbaycan ədalətin zəfər çalacağına inanırdı. Ölkəmizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində qazandığımız diplomatik uğurlar Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. Ermənistanın 30 ilə yaxın dövrdə törətdiyi təxribatlar, son olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. 44 gündə 30 ilin işğalına son qoymaq, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək, dünya güclərinin bu illər ərzində edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində başlanan lokal antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması da yenilməz Ordumuzun malik olduğu imkanların təqdimatı oldu. Cənab İlham Əliyev qeyd etdi ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz idi. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu və İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər: “Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifini etməklə regionda dayanıqlı sülhün təmin edilməsinə, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərdi. Ermənistan isə havadarlarının dəstəyi ilə sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayındı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa, ən əsası Azərbaycan xalqının iradəsinə zidd idi. “Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var» söyləyən Prezident İlham Əliyev vurğuladı ki, əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik: «Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”

Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda bərpa-quruculuq işləri Xankəndi şəhərində də geniş vüsət alıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Novruz təbrikində qeyd etdiyi kimi, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi