Qanunvericilik sahəsində lazımi addım
12-03-2024, 12:57
3 dəfə baxılıb
Tam səmimiyyətlə demək istəyirik ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Mirsalam Qənbərovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Mirsalam Qənbərov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda maarifləndirici görüşlər davam edir
Bölgələrdə yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Növbəti görüşlər Şirvan şəhəri 2 saylı, Ağcabədi şəhər 11 nömrəli, Zaqatala şəhəri İsmayıl Səmədov adına 5 nömrəli, Lənkəran şəhər 4 və 8 nömrəli tam orta məktəblərin, Lerik rayon Sivəkəran kənd ümumi orta məktəbin şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələri ilə təşkil olunub.
Görüşlər zamanı şagird və tələbələrə ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, narkomaniyaya qarşı mübarizə tədbirləri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. mövzularda məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov - Ölkəmizin Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında tarixi, proqram xarakterli çıxışı bu gün tam təsdiqini tapıb. Qalib Liderimizin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirən Milli Məclis ölkədə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir. Ölkədə yeni islahatlar kursu, parlament üzvləri qarşısında qoyulan məsuliyyətli vəzifə layiqincə, uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin xeyir-duası ilə işinə başlayan VI çağırış Milli Məclis qanunun aliliyinin təminatı məqsədilə aparılan islahatların əsasında üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir.
“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”. 10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin keçirilən ilk iclasında zəmanəsinin ən parlaq liderlərindən olan cənab İlham Əliyev proqram xarakterli çıxışı ilə qarşıdakı dövrün hədəflərini açıqladı. Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatların həyata keçirilməsini tövsiyə edən dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Məclis keçən müddət ərzində ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə, xalqın suveren iradəsini ifadə edən, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən qəraralara imza atdı.
Azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan Azərbaycan Parlamenti dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan ölkəmizin parlamentarizm ənənələrini uğurla davam etdirərək qanunvericilik bazasını yeniləyir, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edir.
Ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən qanunlar, qərarlar qəbul edən Milli Məclis milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir. Ən əsası, zamanın tələbinə uyğun təkmilləşən qanunverici qurum dövlətimizin strateji xətti ilə bağlı bütün məsələlərdə insan amilinə söykənən dövlət siyasətini əsas götürür. Demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində quran Azərbaycan Parlamenti milli maraqların təminatında və təhlükəsizlik mühitinin təmin edilməsində qanunvericilik sahəsində lazımi addımlar atır.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən sonra ölkələrarasında əlaqələrin inkişafında parlamentin artan rolu atılan addımlardan daha aydın görünür. Birlik, həmrəylik qanunvericilik bazasının təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərən Azərbaycan Parlamenti inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsini, ümumbəşəri demokratik prinsipləri əsas götürərək fəaliyyətini uğurla davam etdirir. Prezident İlham Əliyevin proqram xarakterli tövsiyələrindən güç alan Azərbaycan Parlamenti zamanın yaratdığı yeni reallıqlar fonunda yeni dövrdə qanunvericilik sahəsində lazımi addımlar atacaq və Qalib ölkəmizin tərəqqisinə, inkişafına xidmət edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR