Rəşad Cəbrayılov: Cari ilin altı ayı ölkəmiz üçün uğurlu olub
20-07-2022, 11:42
106 dəfə baxılıb
Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - “Azərbaycanın iqtisadiyyatı bu ilin 6 ayı ərzində də ötən dövrlərdə olduğu kimi uğurla inkişaf edib. Müsbət inkişaf tendensiyaları ilə müşahidə olunan iqtisadi göstəricilərimizin yüksəlməsi, eyni zamanda, digər sahələrin inikişafına, vətəndaşlarımızın sosial rifahının daha da güclənməsinə səbəb olub. İqtisadi artım sosial islahatlar paketinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verib”.
Minimum əmək haqqının, maaşların, sosial müavinətlərin, pensiyaların artması deyilənlərə sübutdur: “Sosial islahatların uğurla davam etdirilməsi, eləcə də bu istiqamətdə gələcəkdə də bir sıra tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulması vətəndaşlarımızın maddi rifahının, həyat şəraitinin daha da yüksəldilməsinə xidmət edir. Əminliklə demək olar ki, dövlət başçısının çıxışlarında dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır”.
Cari ilin altı ayı ölkəmizin beynəlxalq sahədəki əməkdaşlığı baxımından da olduqca yaddaqalan və uğurlu dövrlərdən biri olub: “Azərbaycanın diplomatik əlaqələri daha da genişlənib, beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizin istər ayrı-ayrı ölkələrlə, istərsə də təmsil olunduğu beynəlxalq təşkilatlarla əməkdaşlığı və təmsilçiliyi uzaqgörən diplomatik əlaqələrə söykənir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə verir. Hərəkatın sədri qismində ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən işlər, keçirilən beynəlxalq səviyyəli tədbirlər deyilənlərə sübutdur. Bir sözlə, ölkəmiz bir sıra beynəlxalq miqyaslı problemlərin həllində uğurlu vasitəçilik etməklə, mühüm töhfələr verməkdə davam edir”.
Ölkəmiz Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atıb və bu istiqamətdə səylərini davam etdirir. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır və artıq bu mənada Avropanın enerji təhlükəsizliyində dövlətimizin rolu danılmazdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərib. Türkdilli dövlətlərlə münasibətlərin daha da yaxınlaşdırılması, müxtəlif sahələr üzrə uğurlu əməkdaşlığın reallaşdırılması üçün mühüm addımlar atılır, qarşılıqlı görüşlər, fikir mübadilələri həyat keçirilir. Azərbaycan bütün ölkələrdə əməkdaşlıqda maraqlıdır. Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub.
“Azərbaycanın Vətən müharibəsində inamlı qələbəsindən sonra tarixi torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi tarixdə misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Çünki Azərbaycan dövlətinin bu işğalla heç bir zaman barışmayacağını dəfələrlə bəyan etməsinə baxmayaraq Ermənistan işğala son qoymurdu, öz məkrli təxribatlarını davam etdirirdi. Lakin dövlətimizin, xalqımızın və ordumuzun qətiyyəti, qüdrəti və vətənpərvərliyi, həmçinin dövlət-xalq-iqtidar-ordu birliyimiz düşməni diz çökməyə məcbur etdi, ağır məğlubiyyətə uğratdı. Bu qələbədən sonra Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktını imzalayaraq, üzərinə bir sıra öhdəliklər götürdü. Təəssüflər olsun ki, postmüharibə dövründə Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetiməyib. Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Belə olan halda Azərbaycan tərəfi öz ərazilərindən qanunsuz erməni silahlı birləşmələrini çıxarmaq hüququnu və haqqını özündə saxlayır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR