xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ruxsarə Əliyeva: Qeyri-neft sektorunun inkişafı həmçinin regionların sosial-siyasi artımına və yoxsulluq səviyyəsinin aşağı salınmasına təsir göstərir

26-04-2021, 09:47 218 dəfə baxılıb

Ruxsarə Əliyeva: Qeyri-neft sektorunun inkişafı həmçinin regionların sosial-siyasi artımına və yoxsulluq səviyyəsinin aşağı salınmasına təsir göstərir


Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva - Milli iqtisadiyyatın strukturu şərti olaraq neft və qeyri-neft sektorundan ibarətdir. Qeyri-neft sektoruna qeyri-neft sənayesi, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmətlər, rabitə və telekomminikasiya daxildir. Qeyri-neft sənayesi və kənd təsərrüfatı xarici ticarətdə mühüm yer tutur. Digər sahələr isə qeyri-ticari olduğundan ölkəni xaricdə təmsil etmir. Milli iqtisadiyyatda neft sənayesinin yüksək inkişafı ölkəyə qəbul olunan investisiyalardan, həmçinin sürətlə yüksələn dövlət büdcəsi gəlirlərindən istifadə edilməsi mühüm fayda kəsb edir. Milli iqtisadiyyatda neft sənayesinin yüksək artımı ixracın strukturunda neft hasilatının xüsusi kütləsinin artması ilə nəticələnir. Beləliklə, ixrac gəlirinin əsas hissəsi neft gəlirinin payına düşür. Bu da milli iqtisadiyyatı və dövlət büdcəsini neftdən asılı edir. Belə bir şəraitdə qeyri-neft sektorunun inkişaf etdirilməsi iqtisadi inkişafın tarazlı və dinamik səciyyə daşımasına xidmət edir. Qeyri-neft sektorunun inkişafı həmçinin regionların sosial-siyasi artımına və yoxsulluq səviyyəsinin aşağı salınmasına təsir göstərir. Neft tükənən bir ehtiyat olduğu üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün zəmanət rolunu oynayır. Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırır, daxili tələbatda milli məhsullara üstünlük verilir, işsizliyin qarşısı alınır.

Son illərdə ölkəmizdə iqtisadi sabitliyin əldə edilməsi üçün sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələdir. Hökümət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Bu gün dövlətimiz qeyri-neft sektorunun inkişafını əsas vəzifə kimi qarşısına qoymuşdur. Ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına yönəlmişdir. Araşdırmalar göstərir ki, bu sahədə atılan addımlar uğurla nəticələnir. Çünki qeyri-neft sektorlarında ildən-ilə artım müşahidə edilir.

Son zamanlar Azərbaycan dünyada iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələr arasındadır. Uğurlu siyasətin nəticəsində ölkəmizin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, qeyri-neft sektoru dinamik şəkildə inkişaf etmişdir. Strateji valyuta ehtiyatlarımızdan səmərəli istifadə olunması, yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının yüksəlməsi, bir sözlə ölkəmizin hərtərəfli inkişafı göz qabağındadır.

Bu gün torpaqlarımız işğaldan azad edilmişdir. Bu da o deməkdir ki, dövlətimizin atacağı düzgün addımlar sayəsində 30 il ərzində minalanmış, bərbad hala salınmış torpaqlarımız tamamilə bərpa olunacaq və kənd təsərrüfatı və digər qeyri-neft sektorları üçün əlverişli hala salınacaq. Beləliklə, iqtisadiyyatımız daha da güclənəcək. Güclü bir iqtisadiyyat güclü dövlət, güclü dövlət isə güclü xalq deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi