xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rəşad Cəbrayılov: Bu gün sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, ədalətli, şəffaf, düzgün, uğurlu siyasətin nəticəsidir

26-04-2021, 12:48 111 dəfə baxılıb

Rəşad Cəbrayılov: Bu gün sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, ədalətli, şəffaf, düzgün, uğurlu siyasətin nəticəsidir


Salyan rayon başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Bu gün 44 günlük müharibə nəticəsində əldə olunan tarixi Zəfər, dünyaya səs salan ən şanlı və ədalətli qələbə Azərbaycan xalqının şanlı tarixinə yeni bir əbədi tarix kimi yazıldı. Bu qələbə Azərbaycan xalqının 30 illik Vətən həsrətinə və nisgilinə son qoydu. Azərbaycan dövləti əldə olunan tarixi Zəfəri,Vətən müharibəsində qazanılan şanlı qələbəsi sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu.

Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan və illərdir sülh yolu ilə həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində tarixə qovuşdu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi.Bundan sonrakı məqsəd işğaldan azad olunan ərazilərin bərpa edilməsi,inkişafı ilə bağlıdır.

Erməni vandallığından azad olunmuş bütün şəhərlərin, kəndlərin bərpası Prezident İlham Əliyevin tapşırığı ilə müasir tələblər nəzərə alınmaqla həyata keçirilir. Dağıdılan infrastrukturun bərpa və inkişafı prosesi bu gün sürətlə və planlı şəkildə aparılır.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb. Konsepsiya çərçivəsində dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritet olacaq.

Prioritet istiqamətlər özündə işğaldan azad olunan ərazilərdə kommunal, iqtisadi və sosial infrastrukturun qurulmasını, işğaldan azad olunan inzibati rayon mərkəzlərində və kəndlərdə yaşayış binalarının və evlərin tikintisi və əhalinin məskunlaşmasının təmin edilməsini, həmin ərazilərdə istehsal, xidmət və ticarət sahələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsini ehtiva edir.

Bu gün sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizdə aparılan məqsədyönlü, ədalətli, şəffaf, düzgün, uğurlu siyasətin nəticəsidir. Son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif istiqamətlərdə islahatlar ölkədə sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik güclü, qüdrətli ölkə kimi tanınır və daim tanınacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi